The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesThe Traducer [Al-Humaza] - Azerbaijani translation - Ali Khan Mosaiv
Surah The Traducer [Al-Humaza] Ayah 9 Location Maccah Number 104
Hər bir qeybət edənin, tənə vuranın vay halına!
O kimsə ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır.
Mal-dövlət onu əbədi saxlayacağını (onu ölümdən qoruyacağını) güman edir.
Xeyr! O, mütləq Hutəməyə atılacaqdır.
Sən nə biləsən Hutəmə nədir?
(O,) Allahın yanar odudur.
Elə bir od ki, qalxıb ürəklərə çatar.
O (Od) onların üzərinə bağlı olacaqdır.
(Onlar orada) yüksək dirəklərə bağlanmış olacaqlar.