عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Thunder [Ar-Rad] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The Thunder [Ar-Rad] Ayah 43 Location Maccah Number 13

Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşin üzərində ucalan, müəyyən vaxta qədər (göydə) hərəkət edən günəşi və ayı (əmrinə) tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini (müfəssəl) izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız.

Yer üzündə, hamısı eyni su ilə suvarılan, bir-birinə yaxın (müxtəlif münbit) torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. (Lakin) Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən bir qövm üçün dəlillər var.

(Müşriklər) səni yaxşılıqdan öncə pisliyə (əzabın gəlməsinə) tələsdirirlər. Halbuki onlardan əvvəl (neçə-neçə) ibrətamiz cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zülmünə rəğmən (tövbə edənləri) bağışlayandır. Sözsüz ki, Rəbbinin cəzası şiddətlidir.

Kafir olanlar: “Niyə Rəbbindən ona bir ayət endirilməyib?”– deyirlər. Sən ancaq (Allahın əzabı ilə) qorxudansan. Hər qövmün (doğru yol göstərən) bir rəhbəri vardır.

Hər bir dişinin (bətnində) nə daşıdığını (oğlan yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (uşağın doqquz aydan tez yaxud gec doğulacağını) Allah bilir. Onun yanında hər şeyin müəyyən ölçüsü var.

(İldırımdan) qorxasınız və (yağışın yağmasına) ümid bəsləyəsiniz deyə, sizə şimşək göstərən və (yağışla dolu) ağır buludları var edən Odur.

Göy gurultusu həmd edərək Ona təriflər deyir. Mələklər də Onun qorxusundan (təriflər deyirlər). (Allah) ildırımlar göndərib istədiyini vurur. (Kafirlər) Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir.

Haqq olan dua yalnız Ona (Allaha) olan duadır. (Müşriklərin) Ondan başqa dua etdikləri (bütlər) isə, onlara heç bir şeylə cavab verə bilməzlər. Onlar, ağzına (su) çatsın deyə, (uzaqdan) iki ovcunu suya tərəf açan, amma su (onun) ağzına çatmayan kimsəyə bənzəyirlər. Doğrusu, kafirlərin duası azğınlıqdan başqa bir şey deyildir.

(Ey Peyğəmbər!) De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verə bilənlərimi özünüzə dost tutursunuz?!” De: “Heç korla görən eyni ola bilərmi?! Yaxud zülmətlə nur eyni ola bilərmi?!” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər qəbul etdilər və (bu) yaradılış onlara bənzər göründü?! De: “Hər şeyin xaliqi Allahdır. O, Vahiddir, (hər şeyə) Qalib gələndir”.

Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət (Cənnət) hazırlanmışdır. (Rəbbinin) dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olan (var-dövlətin) hamısı, üstəlik bir o qədəri də onların olsaydı, (əzabdan qurtarmaq üçün) onu mütləq fidyə verərdilər. Onları dəhşətli bir haqq-hesab gözləyir. Onların gedəcəkləri yer Cəhənnəmdir. Ora nə pis yerdir!

O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), (üstəlik,) həm Rəbbindən, həm də pis haqq-hesabdan qorxurlar.

özlərinin, əməlisaleh atalarının, zövcələrinin və övladlarının daxil olacaqları Ədn cənnətləri hazırlanmışdır. Mələklər (Cənnətdəki) hər bir qapıdan onların yanına daxil olub (deyəcəklər):

“(Dünyadakı çətinliklərə) səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdu necə də gözəldir!”

Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar.

Biz, əvvəlki ümmətlərə peyğəmbərlər göndərdiyimiz kimi, səni də bir ümmətə peyğəmbər göndərdik ki, onlar Rəhmanı inkar etdikləri halda, sənə vəhy etdiyimiz (Quranı) onlara oxuyasan. De: “O, mənim Rəbbimdir. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Mən yalnız Ona təvəkkül edir və Ona üz tutub tövbə edirəm”.

Əgər Quranın sayəsində dağlar hərəkətə gətirilsəydi, yaxud yer parçalansaydı və ya ölülər danışsaydı (onlar yenə iman gətirməzdilər). Lakin bütün işlər Allahın ixtiyarındadır. İman gətirənlər hələ bilmirlər ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi?! Kafirlərə gəldikdə, Allahın vədi gəlincəyə qədər etdikləri əməllərə görə onlara müsibət üz verməkdə davam edəcək, yaxud onların yurdunun yaxınlığında dayanacaqdır. Şübhəsiz ki, Allah vədinə xilaf çıxmaz.

(Ey Peyğəmbər!) Səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları (əzabla) yaxaladım. (Görəydin onları) cəzalandırmağım necə oldu!

Hər kəsin qazandığına nəzarət edən Allah, buna qadir olmayan bütlər kimidirmi?! (Buna rəğmən müşriklər) Allaha şəriklər qoşurlar. De: “Onların adlarını deyin görək! Yoxsa siz (Allaha) yer üzündə bilmədiyi şeyləri, yaxud boş sözləri xəbər verirsiniz?!” Xeyr, kafirlərə öz hiylələri gözəl göstərildi və onlar haqq yoldan çıxarıldılar. Allah kimi azdırsa, onu doğru yola yönəldən olmaz.

Kitab verdiyimiz kəslər sənə nazil edilən (Qurana) sevinirlər. Kitab əhlindən elə firqələr də var ki, onun (Quranın) bir qismini inkar edirlər. De: “Mənə Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən (sizi) yalnız Ona (ibadət etməyə) çağırıram və mənim axır dönüşüm də yalnız Onadır!”

Beləliklə, biz onu (Quranı) ərəbcə bir hökm olaraq nazil etdik. Əgər sənə gələn bu elmdən sonra onların istəklərinə tabe olsan, səni Allahdan (Allahın əzabından) nə bir himayə edən, nə də bir qoruyan olar.

Allah (o kitabdan) istədiyini silər, istədiyini də sabit saxlayar. Kitabın anası (lövhü-məhfuz) isə Onun yanındadır.

Biz onlara vəd etdiyimizin (əzabın) bir qismini sənə göstərsək də, (bundan öncə) səni öldürsək də, (bil ki,) sənin öhdənə düşən yalnız təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir.

Məgər (kafirlər) Bizim, yer üzünə gəlib onu (bəzi) tərəflərindən əksiltdiyimizi (müsəlmanların fəthi və İslamın yayılması ilə kafirlərin torpaqlarını müsəlmanların ixtiyarına verdiyimizi) görmürlərmi?! Allah (istədiyi kimi) hökm verir. Heç kəs Onun hökmünü ləğv edə bilməz. O (Allah) tez haqq-hesab çəkəndir.

Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələrin cəzası Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər.