عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

Stoneland, Rock city, Al-Hijr valley [Al-Hijr] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah Stoneland, Rock city, Al-Hijr valley [Al-Hijr] Ayah 99 Location Maccah Number 15

Əlif. Ləm. Ra. Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir.

Qoy onlar (bir müddət) yeyib-içsinlər, əylənsinlər və xam xəyallar başlarını qatsın. (Onlar ziyana uğradıqlarını) tezliklə biləcəklər.

Həlak etdiyimiz hər bir məmləkətin məlum bir yazısı olmuşdur (həlak olacaqları vaxt əvvəlcədən müəyyən edilmişdir).

(Müşriklər Peyğəmbərə) dedilər: “Ey özünə Zikr (Quran) nazil edilən kəs! Doğrudan da, sən dəlisən.

Əgər doğru danışanlardansansa, nəyə görə bizə (dediyinə şahidlik edə bilən) mələkləri gətirmirsən?!”

(Ey Peyğəmbər!) Biz səndən öncə də əvvəlki ümmətlərə peyğəmbərlər göndərmişdik.

Onlar (hələ də) ona (Qurana) inanmırlar. Halbuki əvvəlkilərin başına gələnlər onlara məlumdur.

Əgər onlara göydən bir qapı açsaydıq (oradan pilləkən sallasaydıq) və onlar dayanmadan oraya qalxsaydı,

(yenə də inanmayıb:) “Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik”– deyərdilər.

Onları (Allahın rəhmətindən) qovulmuş hər bir şeytandan qoruduq.

Lakin (şeytanlardan) kim (göy əhlinin söhbətinə) xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər.

Orada həm sizin üçün, həm də sizin ruzi vermədiyiniz kimsələr üçün dolanışıq vasitələri yaratdıq.

Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) olaraq göndərdik və göydən yağmur endirib onunla sizi suladıq. Yoxsa, onu yığıb saxlayan siz deyilsiniz.

Şübhəsiz ki, dirildən də, öldürən də, Bizik. (Hər şeyə) varis olan (əbədi olan) da Bizik.

Həqiqətən, Rəbbin onları (bir yerə) toplayacaqdır. Çünki O, hikmət sahibidir, (hər şeyi) biləndir.

Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdıq.

İblisi (və onun nəslini) isə daha öncə (Adəmdən əvvəl) qızmar alovdan yaratmışdıq.

Bir zaman Rəbbin mələklərə (belə) demişdi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam!

Mən ona biçim verib, ruhumdan üfürdüyüm zaman siz ona (hörmət əlaməti olaraq) səcdə edin!”

Yalnız İblisdən başqa. O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.

(Allah) dedi: “Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?”

(İblis) dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”

(Allah) buyurdu: “Oradan çıx! Artıq sən (rəhmətimdən) qovuldun.

Haqq-hesab gününə qədər sənin üzərində lənət olacaqdır”.

(İblis) dedi: “Ey Rəbbim! Onların diriləcəkləri günə qədər mənə möhlət ver”.

(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən.

Məlum vaxtın gününə (surun birinci dəfə çalınan vaxtına) qədər”.

(İblis) dedi: “Ey Rəbbim! Sən məni azdırdığına (rəhmətindən qovduğuna) görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam.

(Allah) buyurdu: “Bu, Mənə tərəf gətirən düz yoldur.

Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa”.

Həqiqətən, Cəhənnəm onların hamısına (İblisə və ona uyanlara) vəd olunmuş yerdir.

Onun (Cəhənnəmin) yeddi qapısı vardır. Hər qapıdan, onlardan (İblisə uyanlardan) müəyyən bir dəstə girəcəkdir.

Sözsüz ki, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar.

(Onlara:) “Oraya sağ-salamat və əmin-amanlıqla daxil olun!”– (deyiləcəkdir).

Biz onların ürəklərindəki kin-küdurəti çıxardıb kənar etdik. Onlar taxtlar üstündə qarşı-qarşıya oturan qardaşlar olacaqlar.

Onlara orada (Cənnətdə) heç bir yorğunluq üz verməyəcək və onlar oradan çıxarılmayacaqlar.

(Ey Peyğəmbər!) Qullarıma, Mənim Bağışlayan və Rəhmli olduğumu xəbər ver.

Onlara İbrahimin qonaqları (mələklər) barəsində də xəbər ver.

Onlar İbrahimin yanına daxil olub: “Salam!”– dedilər. (İbrahim:) “Doğrusu, biz, sizdən qorxuruq!”– dedi.

(Mələklər:) “Qorxma! Biz, səni bilikli bir oğulla (İshaqla) müjdələyirik!”– dedilər.

(İbrahim) dedi: “Qocalıq məni haqladığı bir vaxtda mənə müjdə verirsiniz? Məni nə ilə müjdələyirsiniz?”

(Mələklər) dedilər: “Biz sənə haqla müjdə veririk. Sən ümidini üzənlərdən olma!”

(İbrahim) dedi: “(Haqq yoldan) azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”

(Mələklər) dedilər: “Biz günahkar qövmə (onları məhv etmək üçün) göndərilmişik.

Yalnız Lutun ailəsindən başqa. Biz, onların hamısını xilas edəcəyik.

Ancaq (Lutun) zövcəsindən başqa. Biz onun əzaba uğrayanlardan olacağına qərar vermişik”.

(Mələklər) dedilər: “Xeyr, biz sənə onların (qövmünün) şübhə etdiyi (əzabla) gəlmişik.

Biz sənə haqqı (qövmünün şübhə etdiyi əzabı) gətirmişik. Biz, həqiqətən, doğru danışanlarıq.

Şəhər əhalisi (qonaqlardan xəbər tutduqda) bir-birini muştuluqlayaraq (Lutun yanına) gəldi.

(Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. (Pis əməllərinizlə) məni biabır etməyin!

Onlar dedilər: “Məgər biz sənə (şəhərimizə gələn) insanları (qonaq saxlamağı və ya himayə etməyi) qadağan etməmişik?!”

(Lut) dedi: “Bunlar (ümmətimin qadınları) mənim qızlarımdır. Əgər edəcəksinizsə (onlarla evlənə bilərsiniz)!”

(Ey Muhəmməd!) Həyatına and olsun ki, onlar şəhvətləri içində veyl-veyl gəzirdilər.

O diyar (Məkkədən Şama gedən) yolun üzərində yerləşir.

Şübhəsiz ki, bunda möminlər üçün dəlillər vardır.

Onlardan da intiqam aldıq. Hər iki şəhər (Lut qövmü Sədum və Əykə əhalisi) aydın görünən yol üzərində yerləşir.

(Salehin tayfası da) Hicr əhalisi də peyğəmbərləri yalançı saydı.

Biz onlara ayələrimizi göndərdik, lakin onlar o ayələrdən üz çevirdilər.

Qazandıqları (dünya malı və qurduqları evlər) isə onlara heç bir fayda vermədi.

Həqiqətən, Rəbbin (hər şeyi) Yaradandır, (hər şeyi) Biləndir.

(Ey Peyğəmbər!) Biz sənə təkrarlanan yeddi ayəni (əl-Fatihə surəsini və ya yeddi surəni: əl-Bəqərə, Ali-İmran, ən-Nisa, əl-Maidə, əl-Ənam, əl-Əraf, əl-Ənfal) və əzəmətli Quranı verdik.

və de: “Şübhəsiz ki, mən sizi (Allahın əzabı) ilə açıq-aşkar qorxudanam!”

Biz (Quranı) bölən kimsələrə də, beləcə, əzab endirmişdik.

Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər).

(Ey Peyğəmbər!) Rəbbinə and olsun ki, Biz onların hamısını sorğu-suala çəkəcəyik –

(Dünyada) etdikləri əməllər barəsində.

Sənə əmr olunanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir.

Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik.