عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The night journey [Al-Isra] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The night journey [Al-Isra] Ayah 111 Location Maccah Number 17

Biz Musaya Kitab verdik və İsrail oğullarına: “Məndən başqasını özünüzə himayədar götürməyin!”– deyə o Kitabı doğru yol göstəricisi etdik.

(Ey) Nuhla birlikdə (gəmidə) daşıdığımız kimsələrin zürriyəti! Nuh, doğrudan da, çox şükür edən bir qul idi.

Biz Kitabda (Tövratda) İsrail oğullarına: “Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və (insanlara zülm etməklə) həddinizi olduqca aşacaqsınz”– (deyə) xəbər verdik.

Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əleyhinizə etmiş olursunuz. Sonuncu vədin vaxtı gələndə, üzünüzü qara etsinlər, birinci dəfə (Qüdsdəki) məscidə girdikləri kimi yenə də ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə (düşmənlərinizi üstünüzə göndərdik).

Ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Əgər siz (fəsad törətməyə) qayıtsanız, Biz də (sizi cəzalandırmağa) qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün bir zindan etdik.

(Ona belə deyərik:) Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər.

Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-calal içində yaşayan sakinlərinə (Allaha itaət etməyi) əmr edərik. Onlar isə orada günah işlər görərlər. Beləcə, (o məmləkətin) barəsindəki söz gerçək olar və Biz onu yerlə yeksan edərik.

Kim keçici dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və (Allahın rəhmətindən) qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq.

Bax gör (dünyada) onların birini digərindən necə üstün etdik. Axirətdə isə daha böyük dərəcələr və daha böyük üstünlüklər vardır.

Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və zəlil (köməksiz) vəziyyətdə qalarsan.

Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de.

Rəbbiniz qəlblərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, (bilin ki,) həqiqətən də, O, tövbə edənləri Bağışlayandır.

Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin israfçılıq edərək (malını) lazımsız yerə sərf etmə.

Əgər sən Rəbbindən dilədiyin mərhəməti umaraq onlardan üz çevirməli olsan (imkanın olmadığı üçün onlara bir şey verə bilmirsənsə), onda onlara xoş söz de.

Həqiqətən, Rəbbin istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Şübhəsiz ki, O, (Öz qullarının halından) xəbərdardır, görəndir.

Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik (istəsə bağışlayar, istəsə qisas tələb edər, istəsə də qanbahası alar). Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur.

Yetim həddi-büluğa çatana qədər –xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla– onun malına yaxınlaşmayın! Əhdə vəfa edin. Çünki (hər kəs) əhd barəsində sorğu-sual olunacaqdır.

Bütün bu (qadağan edilmiş) pis əməllərin günahı, Rəbbinin dərgahında məkruhdur.

Doğrudanmı Rəbbiniz oğlanları sizin üçün seçib, (Özünə isə) mələklərdən qızlar götürüb?! Siz, həqiqətən də, olduqca pis söz danışırsınız.

Biz bu Quranda (şəri əhkamları) izah etdik ki, onlar düşünüb ibrət alsınlar. Lakin bu, onların yalnız nifrətini artırdı.

De: “Əgər (müşriklərin) söylədikləri kimi Allahla yanaşı başqa məbudlar olsaydı, onlar Ərş Sahibinin yanına (çatmaq üçün) yol axtarardılar”.

Quranı anlamasınlar deyə, Biz onların qəlblərinə örtüklər çəkdik, qulaqlarına da tıxaclar vurduq. Sən Quranda Rəbbinin Tək (Allah) olduğunu yada saldığın zaman onlar (bu dəvətə) nifrət edərək arxalarını çevirib gedərlər.

Onlar səni dinlədikləri zaman nəyə qulaq asdıqlarını və öz aralarında xəlvətcə söhbət edərkən o zalımların: “Siz ancaq sehrlənmiş bir adama uyursunuz”– dediklərini Biz çox yaxşı bilirik.

Gör sənin üçün necə (pis) məsəllər çəkdilər. Onlar azdılar və (artıq doğru) yolu tapa bilməzlər.

Onlar deyirlər: “Biz sür-sümük və çürüyüb toz-torpaq halına düşdüyümüz zaman yeni bir məxluq olaraq dirildiləcəyikmi?”

və ya qəlbinizdə özünüzü nəhəng bir məxluq bilin, (yenə də Allah sizi diriltməyə qadirdir)”. Onlar deyəcəklər: “Bizi (həyata) kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!” Onlar (istehza ilə) başlarını yırğalayıb: “Bəs bu nə vaxt olacaq?”– deyəcəklər. De: “Bəlkə də, yaxın zamanda oldu!”

O gün Allah sizi (məhşərə) çağıracaq. Siz də Ona həmd edərək çağırışına cavab verəcək və (dünyada) çox az (müddət) qaldığınızı güman edəcəksiniz.

Qullarıma de ki, (bir-birləri ilə danışdıqda) ən gözəl sözləri söyləsinlər. Çünki şeytan onların arasına ədavət salar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.

De: “Allahdan başqa məbud saydıqlarınızı çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də onu başqasına yönəltməyə qadir deyillər”.

Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabı qorxub çəkiniləcək bir əzabdır.

Bizim ayələr göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın (ayə olaraq) bir dişi dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz ayələri yalnız qorxutmaq üçün göndəririk.

Bir zaman Biz sənə: “Rəbbin insanları əhatə etmişdir”– demişdik. (İsra gecəsi) sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş (zəqqum adlı) ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, bu isə onlarda ancaq böyük bir azğınlığı daha da artırır.

Bir zaman mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– demişdik. İblisdən başqa (hamısı) səcdə etdi. O dedi: “Mən Sənin palçıqdan yaratdığınamı səcdə edəcəyəmmi?!”

(İblis) dedi: “Məndən üstün tutduğun (məxluq) budurmu? Əgər Qiyamət gününə qədər mənə möhlət versən, az bir qismindən başqa onun (bütün) nəslini özümə ram edəcəyəm”.

Şübhəsiz ki, ixlaslı qullarım üzərində sənin hökmranlığın olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər”.

(Allahın) sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz.

Yoxsa sizi bir daha dənizə qaytarıb üstünüzə qasırğa göndərməyəcəyinə və kafir olduğunuza görə (dənizdə) sizi batırmayacağına əminsinizmi? Sonra buna görə Bizdən intiqam alan bir kəs belə tapa bilməzsiniz.

O gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq. Kitabı sağ əlinə verilən kimsələr öz kitablarını sevinclə oxuyacaq və onlara xurma çəyirdəyindəki lif qədər zülm edilməyəcəkdir.

(Müşriklər) səni, sənə vəhy etdiyimizdən az qala döndərəcəkdilər ki, Qurandan başqa bir şeyi Bizə aid edəsən. Belə olduğu halda onlar səni özlərinə dost tutacaqdılar.

Belə olacağı təqdirdə sənə həyatın və ölümün əzabını ikiqat daddırardıq. Sonra Bizə qarşı özünə bir köməkçi də tapa bilməzsən.

(Müşriklər) az qala səni bu torpaqdan (Məkkədən) sıxışdırıb çıxaracaqdılar. Lakin səni qovduqdan sonra özləri də (orada) ancaq az bir müddət qala bilərdilər.

Səndən əvvəl göndərdiyimiz elçilərə qarşı da belə davranmışlar. Sən Bizim sünnətimizdə heç bir dəyişiklik tapa bilməzsən.

Gün batmağa meyl edəndən gecənin qaranlığınadək (bəlli vaxtlarda) namaz qıl və sübh çağı Quran oxu (fəcr namazını da qıl)! Çünki sübh çağı oxunan Qurana (mələklər tərəfindən) şahidlik edilir.

Gecənin bir vaxtı qalxıb, sənə nafilə olaraq buyrulmuş təhəccüd namazını qıl. Bəlkə Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin.

De: “Ey Rəbbim! Məni daxil olacağım yerə (Mədinəyə) yaxşılıqla daxil et; məni çıxacağım yerdən (Məkkədən) də yaxşılıqla çıxart. Öz tərəfindən mənə yardım edən bir dəlil ver”.

De: “Hər kəs öz xasiyyətinə görə iş görər. Rəbbiniz isə kimin doğru yolda olduğunu daha yaxşı bilir”.

Əgər istəsəydik, sənə vəhy etdiyimizi (qəlbindən) silib aparardıq. Sonra bundan dolayı Bizə qarşı özünə himayəçi tapa bilməzdin.

Ancaq Rəbbinin mərhəməti sayəsində (bunu etmədik). Doğrudan da, Onun sənə olan lütfü böyükdür.

yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca (biz sənə inanmayacağıq). Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”. De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi (göndərilmiş) bir insanam”.

De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, (nə etdiklərini) Görəndir”.

Allah kimi doğru yola yönəldirsə, o, doğru yoldadır. Kimi azdırırsa, onlara Ondan başqa dostlar tapa bilməzsən. Qiyamət günü Biz onları kor, lal və kar olduqları halda üzü üstə bir yerə toplayacağıq. Onların gedəcəkləri yer Cəhənnəmdir. (Onun alovu) azaldıqca onlar üçün alovu artıracağıq.

Bu, ayələrimizi inkar etdiklərinə və: “Məgər biz sür-sümük və çürüyüb toz-torpaq olduğumuz halda yeni bir məxluq olaraq dirildiləcəyik?”– dediklərinə görə onların cəzasıdır.

Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah onlar üçün haqqında heç bir şəkk-şübhə olmayan bir əcəl müəyyən etmişdir. Zalımlar isə küfrdən başqa bir şey qəbul etmədilər.

De: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız belə, yenə də (onun) xərclənib tükənməsindən qorxaraq xəsislik edərdiniz. Çünki insan xəsisdir”.

(Musa) dedi: “Sən artıq bunları yalnız göylərin və yerin Rəbbi tərəfindən, açıq-aşkar ayət olaraq endirildiyini bilirsən. Mən isə, ey Firon, sənin məhv olacağını yəqin bilirəm”.

(Firon) onları Misirdən qovub çıxartmaq istədi. Biz isə onu və onunla birlikdə olanların hamısını (dənizdə) batırdıq.

Bundan sonra İsrail oğullarına: “Bu yerdə yaşayın! Axirət vədi gəlib yetişdiyi zaman sizin hamınızı birlikdə (məhşərə) gətirəcəyik”– dedik.

Biz onu (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də yalnız müjdə verən və xəbərdar edən (bir elçi) olaraq göndərdik.

və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!”– deyirlər.

Onlar üzüstə səcdəyə qapanıb ağlayır və (bu ayələr) onların (Allahdan) qorxusunu daha da artırır.

De: “İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman deyib çağırın. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut.

De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü (Özünə kömək edəcək) heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” Onu tərifləyərək uca tut.