عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Pilgrimage [Al-Hajj] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The Pilgrimage [Al-Hajj] Ayah 78 Location Maccah Number 22

Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Lakin Allahın əzabı şiddətlidir.

İnsanlar arasında, Allah barəsində elmsiz mübahisə edən və hər bir asi şeytanın ardınca gedən kimsələr də vardır.

Onun (Şeytanın) haqqında belə yazılmışdır; kim onunla (şeytanla) dostluq etsə, (şeytan) onu azdırar və alovlu Odun əzabına sürükləyər.

Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxta qədər saxlayırıq. Sonra sizi (oradan) uşaq olaraq çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və cürbəcür gözəl bitkilər bitirər.

İnsanlar içərisində heç bir biliyi, doğru yol göstəricisi və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edənlər də vardır.

O, başını (təkəbbürlə) o yan-bu yana çevirir ki, (insanları) Allahın yolundan sapdırsın. O bu dünyada rüsvay olacaq, Qiyamət günü isə Biz ona Cəhənnəm atəşinin əzabını daddıracağıq.

(Ona deyiləcəkdir:) “Bu, (dünyada ikən) törətdiyin əməllərin cəzasıdır, yoxsa Allah qullarına əsla zülm edən deyildir”.

Kim Allahın, dünyada və axirətdə (Öz peyğəmbərinə) kömək göstərməyəcəyi gümanındadırsa, qoy yuxarıya (evinin tavanına) bir ip salıb (boynuna keçirsin), sonra da (ayağını yerdən) üzsün və görsün ki, onun bu hiyləsi, qəzəbinə səbəb olduğu (Allahın bu köməyinə) mane ola bilərmi?

Beləcə, Biz (Quranı) açıq-aydın ayələr olaraq nazil etdik. Allah istədiyi kəsi doğru yola yönəldər.

Bununla, onların bətnlərindəkiləri və dəriləri əridiləcəkdir.

Onlar hər dəfə oradan çıxmaq, qəmdən qurtulmaq istədikdə yenidən oraya qaytarılacaq (və onlara): “Dadın odun əzabını!”– (deyiləcəkdir).

Bir zaman Biz İbrahimə (müqəddəs) Evin yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, Evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!”– (demişdik).

İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn yorğun dəvələr üstündə gəlsinlər.

Sonra kirlərini təmizləyərək (dırnaq kəsmək, saçını qırxmaq yaxud qısaltmaq və s.) həcc ayinlərini tamamlasınlar, nəzirlərini yerinə yetirsinlər və qədim Evi (Kəbəni) təvaf etsinlər.

ancaq tək Allaha ibadət edənlərdən və Ona şərik qoşmayanlardan olun! Allaha şərik qoşan kimsə, göydən düşüb, quşların da onu alıb apardığı, yaxud küləyin onu sovurub uzaq bir yerə atdığı şeyə bənzər.

Bu belədir! Hər kim Allahın ayinlərinə hörmət edərsə, (bilsin ki,) bu, qəlblərin təqvasındandır.

(Qurbanlıq heyvanlarda) sizin üçün müəyyən bir vaxta qədər mənfəət vardır. Sonra onların kəsiləcəyi yer qədim Evin yaxınlığındadır.

Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver;

Biz qurbanlıq dəvələri də sizin üçün Allahın (dininin) ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. (Onları) səf-səf düzülmüş (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda (kəsərkən) Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Qurbanlıq heyvanları sizə beləcə ram etdik ki, bəlkə şükür edəsiniz.

Şübhəsiz ki, Allah iman gətirənləri (düşmənlərinin şərindən) qoruyar. Həqiqətən, Allah heç bir nankor xaini sevməz!

Zülmə məruz qaldıqlarına görə vuruşanlara (Allah yolunda döyüşməyə) izin verildi. Şübhəsiz ki, Allah onlara yardım etməyə qadirdir.

Onlar ancaq “Rəbbimiz Allahdır”– dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir.

Əgər səni yalançı saysalar, (bil ki,) səndən əvvəl Nuhun qövmü də, Ad və Səmud tayfası da (elçiləri) yalançı saymışdı.

Mədyən əhli də (elçiləri yalançı saymışdı). Musa da yalançı sayılmışdı. Mən kafirlərə möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Mənim onları inkar etməyimin necə olduğunu bir görəydin!

Neçə-neçə məmləkət olmuşdur ki, (əhalisi) zülm edərkən Biz onları məhv etdik. İndi onlar özülünə qədər uçulmuşdur. Neçə-neçə tərk edilmiş quyu və neçə-neçə boş qalmış qəsr də vardır.

Neçə-neçə məmləkətə, (əhalisi) zülm edərkən möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Dönüş də ancaq Mənədir!

Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, (ayələrimizi oxumaq) istədikdə şeytan onun oxuduğuna gizlicə (vəsvəsə) verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar. Sonra da Allah Öz ayələrini möhkəmlədər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

(Belə edər ki,) şeytanın gizli təlqini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan kimsələr üçün bır fitnəyə çevrilsin. Həqiqətən, zalımlar uzaq bir ayrılıq içindədirlər.

Kafir olanlar isə Qiyamət saatı qəflətən onların başlarının üstünü alanadək yaxud səmərəsiz bir günün əzabı onlara gəlib yetişənədək (Quran barəsində) şəkk-şübhə içində qalarlar.

Allah onları razı qalacaqları yerə (Cənnətə) daxil edəcəkdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, həlimdir!

Bu belədir! Hər kim özünə verilən cəzanın eynisi ilə cəza versə, sonra yenə də haqsızlığa məruz qalsa, (bilsin ki,) Allah ona mütləq yardım edəcəkdir. Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır!

Məgər Allahın göydən yağış yağdırdığını və (onunla) yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah Lütfkardır, Xəbərdardır.

Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət müəyyən etdik. Qoy onlar bu işdə səninlə mübahisə etməsinlər. Sən (onları) Rəbbinə (ibadət etməyə) dəvət et. Həqiqətən, sən ən doğru bir yoldasan.

Əgər səninlə mübahisə etsələr, de: “Allah sizin nə etdiyinizi daha yaxşı bilir.

Məgər Allahın göydə və yerdə olan hər şeyi bildiyini bilmirsənmi? Həqiqətən, bu, Kitabda (Lövhi-məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu, Allah üçün asandır.

Onlar (Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!