عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Light [An-Noor] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The Light [An-Noor] Ayah 64 Location Maccah Number 24

(Bu,) Bizim nazil edib (sizə) vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aydın ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız.

Ancaq bundan sonra tövbə edib özlərini islah edənlər müstəsnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.

Beşinci dəfə isə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!”– (deməsidir).

Beşinci dəfə: “Əgər ər doğru danışanlardandırsa, Allahın ona (o qadına) qəzəbi tutsun!”– deməlidir.

Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı (yalan danışanlara cəzanı dərhal verərdi). Allah tövbələri qəbul edəndir və hikmət sahibidir.

Şübhəsiz ki, (Aişə barəsində) yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir.

Kaş ki bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı zənndə olub: “Bu, açıq-aydın bir böhtandır!”– deyərdilər.

Kaş ki onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. (Ey Allah!) Sən pak və müqəddəssən! Bu, böyük bir böhtandır!”– deyəydiniz.

Əgər möminsinizsə, (bilin ki,) Allah sizə bir daha buna bənzər şeyləri təkrarən etməməyinizi nəsihət edir.

Allah ayələrini sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı (yaydığınız şayiələrə görə sizi məhv edərdi). Həqiqətən Allah şəfqətlidir və rəhmlidir.

İsmətli, (zinadan) xəbəri olmayan mömin qadınlara (zinada ittiham edərək) böhtan atanlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir –

Pis qadınlar pis kişilərə, pis kişilər isə pis qadınlara, eləcə də yaxşı qadınlar yaxşı kişilərə, yaxşı kişilər də yaxşı qadınlara layiqdirlər. Bunlar iftiraçıların söylədiklərindən uzaqdırlar. Onları bağışlanma və bolluca ruzi gözləyir.

İçərisində əşyanız olan, yaşayış olmayan evlərə (icazəsiz) daxil olmaq sizə günah deyildir. Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir.

Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.

Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirmiş kişi xidmətçilərdən, yaxud qadınların ayıb yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vurmasınlar. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.

Aranızdakı subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah (lütfü) geniş olandır, (hər şeyi) biləndir.

Qoy evlənməyə imkanı olmayanlar, Allah Öz lütfü ilə onları varlandırana qədər, ismətlərini qorusunlar. Sahib olduğunuz kölələrdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı müqaviləyə əsasən köləlikdən azad olması üçün bədəl vermək) istəyənlərlə – əgər onlarda bir xeyir görürsünüzsə – onlarla mükatəbə edin. Allahın sizə verdiyi maldan onlara da verin. Əgər kənizləriniz ismətlərini qorumaq istəsələr, fani dünya malı əldə edəcəksiniz deyə onları zinakarlığa məcbur etməyin. Kim onları (bu işə) məcbur etsə, (bilsin ki,) onlar məcbur edildikdən sonra Allah (onları) bağışlayar və (onlara) rəhm edər.

Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı, özünə od toxunmasa da, sanki işıq saçır. (Bu,) nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün məsəllər çəkir. Allah hər şeyi biləndir.

(Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izin verdiyi evlərdədir. (Mömin kişilər) orada səhər-axşam Ona təriflər deyirlər.

(Bu ona görədir) ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah istədiyini hesabsız ruziləndirər.

Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. Allah da onun (əməllərinin) hesabını layiqincə verər. Allah tez haqq-hesab çəkəndir.

Məgər görmürsənmi ki, Allah buludları qovur, sonra onları bir-birinə qovuşdurur, sonra da onları bulud topasına çevirir. Sən onun arasından yağmur çıxdığını görürsən. Allah göydən, oradakı dağlar kimi buludlardan dolu yağdırır. Sonra da onunla istədiyini vurur, istədiyindən də onu uzaq edir. Buludların şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin.

Əgər haqq onların tərəfində olsaydı, itaət edərək onun yanına gələrdilər.

Onların qəlbində xəstəlikmi var? Yoxsa onlar şübhəyəmi düşüblər? Ya da Allahın və Onun Elçisinin onlara haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, məhz onlar zalımdırlar.

(Münafiqlər) Allaha çox möhkəm and içdilər ki, əgər sən onlara əmr etsən, onlar mütləq (döyüşə) çıxacaqlar. De: “And içməyin! İtaətiniz bəllidir. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır”.

De: “Allaha və Peyğəmbərə itaət edin”. Əgər üz çevirsəniz, (bilin ki,) o, ancaq özünə həvalə edilənə cavabdehdir, siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğ etməkdir.

Kafirlərin yer üzündə (Allahdan) yaxa qurtara biləcəklərini zənn etmə. Onların gedəcəkləri yer Oddur. Ora nə pis dönüş yeridir!

Kora, çolağa, bir də xəstəyə (cihadda iştirak edə bilmədiyinə görə) günah gəlməz. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdə heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də sizə heç bir günah gəlməz. Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın. Allah ayələrini sizə belə izah edir ki, bəlkə başa düşəsiniz.

Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. O sizin nə əməl sahibi olduğunuzu bilir. Allah (məxluqatın) Onun hüzuruna qaytarılacaqları gün onlara (dünyada) nə etdikləri barədə xəbər verəcəkdir. Allah hər şeyi biləndir.