عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

THE ANT [An-Naml] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah THE ANT [An-Naml] Ayah 93 Location Maccah Number 27

Möminlərə doğru yol göstəricisi və bir müjdədir.

Həqiqətən, Axirətə iman gətirməyənlərin (pis) əməllərini onlara yaxşı kimi göstərdik. Odur ki, onlar (azğınlıqları üzündən heç nə anlamadan yer üzündə) şaşqınlıq içindədirlər.

Həqiqətən, Quran sənə, Müdrik və Bilən Allah tərəfindən təlqin edilir.

(Musa) oraya gəlib çatanda ona nida gəldi: “Odun içindəki də, ətrafındakı da mübarəkdirlər. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir!

Ancaq kim zülm edib sonra da pisliyin əvəzinə yaxşılıq edərsə, (bilsin ki,) Mən Bağışlayanam, Rəhmliyəm!

Ayələrimiz onlara aşkar şəkildə göstərildikdə: “Bu, açıq-aydın bir sehrdir!”– dedilər.

Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) varis oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən verildi. Həqiqətən, bu, açıq-aşkar üstünlükdür”.

Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar (müntəzəm şəkildə) yerbəyer edildilər.

(Süleyman) qarışqanın bu sözünə gülümsədi və dedi: “Ey Rəbbim! Mənə, həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməli etmək üçün ilham ver və məni Öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!”

Çox keçmədən (hüdhüd) gəlib dedi: “Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirdim.

Mən onun və qövmünü Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları (haqq) yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər.

Göylərdə və yerdə gizli olanı aşkara çıxaran, sizin gizlətdiklərinizi də, üzə çıxartdıqlarınızı da Bilən Allaha səcdə etməsinlər deyə (şeytan onları yoldan çıxarmışdır).

Böyük Ərşin Rəbbi olan Allahdan başqa (ibadətə layiq olan) məbud yoxdur”.

(Süleyman) dedi: “Baxacağıq görək doğru deyirsən, yoxsa yalançılardansan.

Mənə qarşı təkəbbür göstərməyin və yanıma müsəlman olaraq gəlin!”»

(Qadın) dedi: “Ey əyanlar! Bu iş barəsində mənə məsləhət verin. Mən sizinlə məsləhətləşmədən heç bir qəti qərar vermərəm”.

(Qadın) dedi: Hökmdarlar hər hansı bir məmləkətə soxulduqları zaman oranı viran qoyar, xalqının hörmətli adamlarını da zəlil edərlər. Onlar bax belə edərlər.

(Elçilər) Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə bəxş etdiyi sizin verdiyinizdən daha yaxşıdır. Siz isə ancaq öz bəxşişlərinizlə fərəhlənirsiniz.

Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq!”

Cinlərdən olan (çox qüvvətli birisi) ifrit dedi: “Sən yerindən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!”

Kitabdan bilgisi olan birisi isə belə dedi: “Mən onu sənə gözünü yumub açmadan öncə gətirərəm!” (Süleyman o) taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görsün şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, (bilsin ki,) həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyil, Səxavətlidir!”

Qadın gəldikdə ona: “Taxtın bu cürdürmü?”– deyildi. O dedi: “Deyəsən odur!” (Süleyman dedi:) “Bizə ondan əvvəl elm verilmiş və biz müsəlman olmuşuq!”

Allahdan başqa tapındığı şeylər o qadını (tövhiddən) yayındırmışdır. Çünki o, kafir bir qövmdən idi.

Qadına: “Saraya daxil ol!”– deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı. (Süleyman) dedi: “Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!” (Qadın) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim oldum!”

Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qardaşları Salehi (elçi) göndərdik. Onlar isə bir-biri ilə mübarizə aparan iki firqəyə (möminlərə və kafirlərə) bölündülər.

O dedi: “Ey qövmüm! Nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? Kaş ki Allahdan bağışlanmağınızı diləsəydiniz. Ola bilsin ki, sizə rəhm oluna”.

Onlar dedilər: “Biz sənin və səninlə birlikdə olanların ucbatından uğursuzluğa uğradıq”. (Saleh) dedi: “Sizin uğursuzluğunuz Allahdandır. Siz sınağa çəkilən bir qövmsünüz”.

Şəhərdə doqquz kişi var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər.

Onlar dedilər: “Öz aranızda Allaha and için ki, gecə ona və ailəsinə basqın edib (onları) öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik”.

Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün qövmləri ilə birlikdə yerlə yeksan etdik.

Lutu da (yada sal). Bir zaman o öz qövmünə demişdi: “Gözünüz görə-görə murdar işmi görəcəksiniz?

Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. Biz onun (arvadının) geridə qalanlardan olmasına qərar verdik.

Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Qorxudulanların yağışı nə pis imiş!

(Bütlər xeyirlidir,) yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən (Allah)?! Biz o yağmurla gözəl bağçalar saldıq. Halbuki siz onların ağaclarını da böyüdə bilməzdiniz. Allahla yanaşı başqa bir məbud varmı? Xeyr, onlar (haqdan) yayınan qövmdürlər.

(Bütlər xeyirlidir,) yoxsa yeri məskən edən, arasından çaylar axıdan, üzərində möhkəm duran dağlar yaradan və iki dənizin arasında maneə qoyan (Allah)?! Allahla yanaşı başqa bir məbud varmı? Xeyr, onların əksəriyyəti (bunu) bilmirlər.

(Bütlər xeyirlidir,) yoxsa darda qalan kimsə Ona dua etdiyi zaman onun duasını qəbul edən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən (Allah)?! Allahla yanaşı başqa bir məbud varmı? Siz necə də az düşünürsünüz?

(Bütlər xeyirlidir,) yoxsa qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə (yağışdan öncə) müjdəçi olaraq göndərən Allah?! Allahla yanaşı başqa bir məbud varmı? Allah onların qoşduqları şəriklərdən ucadır.

(Bütlər xeyirlidir,) yoxsa məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən (Allah)?! Allahla yanaşı başqa bir məbud varmı?” De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”.

Xeyr, onların elmi axirəti dərk edə bilməz. Üstəlik də onun barəsində şəkk-şübhə içindədirlər, hətta ona qarşı kor kimi baxarlar”.

Bu (dirilmə) həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin (uydurduğu) əfsanələrdən başqa bir şey deyildir”.

Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər.

De: “Bəlkə də, tez gəlməsini istədiyiniz şeyin bir qismi, artıq sizə yaxınlaşmışdır”.

Şübhəsiz ki, Rəbbin onların qəlblərinin gizli saxladıqlarını da, onların aşkar etdiklərini də bilir.

Həqiqətən, o, möminlərə doğru yol göstəricisi və bir mərhəmətdir.

Şübhəsiz ki, sənin Rəbbin onların arasında Öz hökmünü verəcək. O, Qüdrətlidir, Biləndir!

Sözsüz ki, sən nə ölülərə (haqqı) eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən.

Sən korları düşdükləri azğınlıqdan doğru yola çıxara bilməzsən. Sən (haqqı) yalnız müsəlman ikən ayələrimizə inananlara eşitdirə bilərsən.

O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər.

O gün hər ümmətin ayələrimizi yalan sayanlarından bir dəstə toplayarıq. Sonra da onlar bir yerdə məhşərə sürüklənərlər.

Nəhayət (haqq-hesab) yerinə gəldikləri zaman (Allah) deyər: “Ayələrimi başa düşmədiyiniz halda, onları yalanmı saydınız? Bəs siz nə edirdiniz?”

Zülm etdiklərinə görə o söz (vəd olunduqları əzab) onları haqlayacaq və onlar danışa bilməyəcəklər.

Məgər onlar gecəni istirahət etmələri üçün yaratdığımızı, gündüzü isə işıqlı etdiyimizi görmürlərmi? Şübhəsiz ki, bunda iman gətirən bir qövm üçün dəlillər vardır.

Sur üfürüləcəyi gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətə düşəcək və hamısı Onun hüzuruna baş əyərək gələcəkdir.

Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır.

Hər kim yaxşı əməllə gəlsə, onun üçün ondan daha xeyirlisi vardır. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar.

Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. (Onlara deyilər:) “Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınız?”

(De:) “Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr edilmişdir. O şəhər ki, (Rəbbim) onu toxunulmaz buyurmuşdur. Hər şey yalnız Onundur. Mənə əmr olunub ki, müsəlman olum

De: “Həmd, Allaha məxsusdur! O Öz dəlillərini sizə göstərəcək, siz də onları tanıyacaqsınız. Rəbbin sizin etdiklərinizdən qafil deyildir!”