عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Story [Al-Qasas] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The Story [Al-Qasas] Ayah 88 Location Maccah Number 28

Ta. Sin. Mim.

Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onlardan bir zümrəni (İsrail oğullarını) zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi.

yer üzündə onlara hökmranlıq bəxş edək, Firona, Hamana və onların əsgərlərinə qorxub çəkindikləri şeyi (İsrail oğullarından birinin əli ilə məhv edilib səltənətlərinin əllərindən alınmasını) göstərək.

Nəhayət Fironun ailəsi özlərinə düşmən və hüzün (qaynağı) olacaq o uşağı tapıb götürdü. Həqiqətən, Firon, Haman və onların əsgərləri günahkar idilər.

Fironun zövcəsi dedi: “(Bu uşaq) həm mənim, həm də sənin üçün gözaydınlığıdır. Onu öldürməyin. Ola bilsin ki, o bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik”. Onlar (bu işin sonunu) bilmirdilər.

Musanın anasının ürəyi boş qalmışdı (övlad dərdindən başqa heç bir şey haqda düşünmürdü). Əgər Biz, (vədimizə) inananlardan olsun deyə, onun qəlbinə səbir verməsəydik, az qala (gördüyü işi) açıb bildirəcəkdi.

(Anası) onun bacısına: “Onun dalınca get!”– dedi. O da heç kimə hiss etdirmədən kənardan (Musaya) göz qoyurdu.

Daha öncə Biz ona (öz anasından başqa bütün) süd analarının (döşünü əmməyi) qadağan etmişdik. (Musanın bacısı) dedi: “Sizin üçün onun qayğısına qalacaq və ona qarşı xeyirxah olacaq bir ailəni sizə göstərimmi?”

(Musa) yetkinləşib kamillik dövrünə çatdıqda Biz ona hökmranlıq (peyğəmbərlik) və elm əta etdik. Biz xeyirxah işlər görənləri belə mükafatlandırırıq.

(Musa) dedi: “Ey Rəbbim! Mən nəfsimə zülm etdim. Məni bağışla!” O da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir.

Beləliklə, (Musa) şəhərdə qorxu içində ətrafa göz qoya-qoya səhərə çıxdı. Birdən dünən onu köməyə çağıran kəs yenə fəryad qoparıb onu köməyə çağırdı. Musa ona: “Sən, doğrudan da, açıq-aşkar yolunu azmışın birisən!”– dedi.

O, Mədyən sulağına gəlib çatanda quyunun yanında (heyvanlarına) su verən adamlar gördü. Onların yaxınlığında da (qoyunlarını o biri heyvanlardan) geri çəkən iki qadın görüb: “Sizə nə olub?”– dedi. Onlar dedilər: “Çobanlar (heyvanlarını) sürüb aparmamış biz (qoyunlarımıza) su verə bilmirik. Atamız da çox qocadır”.

(Musa) onların yerinə (qoyunlara) su verdi, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!”

(Bir qədər sonra) qadınlardan biri utana-utana onun yanına gəlib dedi: “Atam bizim yerimizə (qoyunları) sulamağının haqqını ödəmək üçün səni çağırır”. (Musa) onun yanına gəlib (başına gələn) əhvalatı ona danışdıqda o dedi: “Qorxma! Sən zalım bir qövmün əlindən xilas olmusan!”

Qadınlardan biri dedi: “Atacan! Onu muzdla işə götür, çünki o, muzdla işə götürdüklərinin ən yaxşısı, güclü və etibarlı olanıdır”.

(Şueyb) dedi: “Səkkiz il mənim üçün işləmək qarşılığında qızlarımdan birini sənə ərə vermək istəyirəm. Əgər sən (bu müddəti) on ilə çatdırsan, bu, sənin tərəfindən (bir lütf) olar. Mən sənə əziyyət vermək istəmirəm. İnşallah, mənim əməlisalehlərdən olduğumu görəcəksən”.

(Musa) dedi: “Bu, mənimlə sənin aranda (olan razılıqdır). Bu iki müddətdən hansını başa çatdırsam, mənə qarşı haqsızlıq olmamalıdır. Allah da dediyimizə vəkildir!”

(Musa) dedi: “Ey Rəbbim! Mən onlardan birini öldürmüşəm, qorxuram ki, onlar da məni öldürərlər. .

Qardaşım Harun dildə məndən daha fəsahətlidir. Onu da, dediklərimi təsdiqləyən bir köməkçi olaraq mənimlə birlikdə göndər. Mən, həqiqətən də, onların məni yalançı sayacaqlarından qorxuram”.

(Allah) dedi: “Biz səni qardaşınla qüvvətləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar sizə heç bir pislik toxundura bilməyəcəklər. Möcüzələrimiz sayəsində siz ikiniz və sizə tabe olanlar mütləq qalib gələcəksiniz”.

Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir ilah tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala (palçıqdan kərpic bişir) və bir qüllə düzəlt ki, Musanın ilahının yanına qalxım. Mən, həqiqətən də, onu yalançılardan hesab edirəm.

Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar (Allahın rəhmətindən) qovulmuş kimsələrdən olacaqlar.

Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün açıq-aydın dəlillər, doğru yol göstəricisi və rəhmət olaraq Kitab (Tövrat) verdik ki, bəlkə, düşünüb ibrət alsınlar.

Biz Musaya əmri yerinə yetirməyi tapşırdıqda sən (dağın) qərb tərəfində deyildin. Sən (buna) şahid olanlardan da deyildin.

Biz (Musaya) nida etdiyimiz zaman da sən Tur dağının yanında deyildin. Lakin səndən əvvəl özlərinə xəbərdar edən (peyğəmbər) gəlməmiş bir qövmü xəbərdar edəsən deyə, Rəbbindən bir mərhəmət olaraq (səni peyğəmbər göndərdik ki), bəlkə, düşünüb anlayalar.

Etdikləri əməllərə görə onlara bir müsibət üz verdikdə: “Ey Rəbbimiz! Kaş ki bizə bir peyğəmbər göndərsəydin, biz də ayələrinə tabe olub möminlərdən olaydıq”– deməsəydilər, (səni peyğəmbər göndərməzdik).

Tərəfimizdən onlara (Məkkə əhlinə) haqq (Quran və Muhamməd) gəldikdə onlar: “Nə üçün Musaya verilənin bənzəri ona da verilmədi?”– dedilər. Məgər onlar daha öncə Musaya veriləni inkar etməmişdilərmi? Onlar: “Bir-birini dəstəkləyən iki sehr (Tövrat və Quran)!”– demişdilər”. (Həmçinin:) “Biz heç birinə inanmırıq!”– demişdilər.

De: “Əgər doğru deyirsinizsə, Allah tərəfindən, bu ikisindən (Qurandan və Tövratdan) daha doğru yol göstərən bir kitab gətirin, mən də ona tabe olum!”

Əgər sənə cavab verməsələr, bil ki, onlar nəfslərinin istəklərinə uymuşlar. Allahdan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım qövmü doğru yola yönəltməz.

Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”– deyirlər.

Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldər. O, doğru yolda olanları daha yaxşı tanıyır.

(Məkkə müşrikləri) dedilər: “Əgər biz səninlə birlikdə doğru yolla getsək, yurdumuzdan qovularıq.” Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, müqəddəs, təhlükəsiz bir yerdə yerləşdirmədikmi? Lakin onların çoxu (bunu) bilmir.

Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə məmləkəti məhv etdik. Budur onların yurdları. Onlardan sonra az bir qisim müstəsna olmaqla orada heç kəs sakin olmadı. Onlara Biz varis olduq.

Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha davamlıdır. Məgər anlamırsınız?

Məgər verdiyimiz gözəl bir vədə (Cənnətə) qovuşan kimsə, dünya həyatının keçici zövqünü bəxş etdiyimiz, sonra da qiyamət günü (Cəhənnəmə) gətiriləcək kimsə ilə eyni ola bilərmi?

Barələrində Sözün gerçəkləşəcəyi kimsələr deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim azdırdığımız kimsələrdir. Özümüz azdığımız kimi onları da azdırdıq. Biz (onlardan) uzaqlaşıb Sənə üz tuturuq. Doğrusu, onlar bizə ibadət etmirdilər”.

(Müşriklərə:) “Şəriklərinizi çağırın!”– deyiləcək. (Müşriklər) onları çağıracaq, lakin (şərikləri) onlara cavab verməyəcəklər. Onlar əzabı görəcəklər. Kaş ki onlar doğru yola gəlmiş olsaydılar.

O gün hüccətləri onlardan gizli qalacaq. Onlar bir-birindən (heç bir şey) soruşa bilməyəcəklər.

Tövbə edib iman gətirən və saleh əməllər edən kimsəyə gəlincə, ola bilsin ki, o, nicat tapanlardan olsun.

Rəbbin istədiyini yaradır və (istədiyini də peyğəmbər) seçir. Onların isə seçməyə haqqı yoxdur. Allah pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır.

Rəbbin onların qəlbinin həm gizli saxladıqlarını, həm də aşkar etdiklərini bilir.

O, Allahdır. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Dünyada da, Axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarılacaqsınız.

O, Öz mərhəməti ilə sizin üçün gecəni və (gündüzü) yaratdı ki, gecəni dincələsiniz və gündüzü Onun lütfündən (ruzi) axtarasınız. Bəlkə, şükür edəsiniz.

Biz hər ümmətdən bir şahid çıxardacaq və: “Dəlilinizi gətirin!”– deyəcəyik. Onlar haqqın yalnız Allaha məxsus olduğunu biləcəklər. Uydurduqları bütlər isə onları qoyub gedəcəklər.

Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevməz”.

(Qarun) dedi: “Bu mənə ancaq məndə olan elmə görə verilmişdir”. Məgər o, Allahın ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox (var-dövlət) yığan kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmaz (üzlərindən tanınarlar).

(Qarun) öz zinəti içində qövmünün qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir”.

Elm verilmiş kəslər isə dedilər: “Vay halınıza! İman gətirib saleh əməl edən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar”.

Quranı sənə (oxumağı, təbliğ etməyi və ona tabe olmağı) vacib buyuran Allah qayıdacağın yerə (Məkkəyə, yaxud Axirət yurduna) səni mütləq qaytaracaqdır. De: “Rəbbim kimin hidayət gətirdiyini və kimin açıq-aydın azğınlıq içində olduğunu yaxşı bilir”.

Allahla yanaşı başqa bir ilaha dua etmə! Ondan başqa ibadətə layiq olan heç bir ilah yoxdur. Onun Üzündən (Zatından) başqa hər şey məhv olacaq. Hökm Onundur və siz Ona qaytarılacaqsınız.