عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The family of Imran [Aal-e-Imran] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The family of Imran [Aal-e-Imran] Ayah 200 Location Madanah Number 3

Əlif. Ləm. Mim.

Allah Özündən başqa (haqq) məbud olmayandır, (əbədi) Yaşayandır, (bütün yaradılanların) Qəyyumudur.

daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da, O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrinə küfr edənlərə şiddətli bir əzab vardır. Allah qüdrətlidir, intiqam almağa qadirdir.

Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi muhkəm (hər kəsin başa düşdüyü) ayələrdir ki, bunlar, Kitabın anasıdır. Digərləri isə mutəşabih (müstəsna insanların başa düşüdüyü) ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə, mutəşabih ayələrin ardınca gedərlər. Halbuki onun yozumunu Allahdan başqa heç kəs bilməz. Dərin biliyə malik olanlar isə deyərlər: “Biz ona iman gətirdik, hamısı Rəbbimiz tərəfindəndir”. Bunu isə yalnız ağıl sahibləri dərk edərlər.

Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma. Bizə Öz tərəfindən bir mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən.

Ey Rəbbimiz! Həqiqətən, (gerçəkləşəcəyinə) şübhə edilməyən bir gündə, insanları (bir yerə) cəm edən Sənsən. Həqiqətən, Allah vədinə əsla xilaf çıxmaz!

(Onların əməli) Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar ayələrimizi yalan hesab etdilər, Allah da, onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir.

Qarşı-qarşıya gələn iki dəstədə, sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. (Möminlər kafirlərin) sayca onlardan iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.

O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, günahlarımızı bağışla və bizi Od əzabından qoru!” – deyirlər.

Onlar səbir edən, dürüst olan, müti olan, malından (Allah yolunda) xərcləyən və sübh çağına yaxın (Allahdan) bağışlanma diləyən kimsələrdir.

Allah, mələklər və elm sahibləri də, Ondan başqa (ibadətə layiq olan) məbud olmadığına ədalətlə şahidlik etmişlər. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. O, Qüdrətlidir, Hikmət sahibidir.

Əgər onlar səninlə mübahisə etsələr, de: “Mən özümü Allaha təslim etdim. Mənə tabe olanlar da, (həmçinin).” Kitab verilənlərə və savadsızlara (özlərində kitab olmayan ərəb müşriklərinə): “Siz də, təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Yox əgər üz döndərsələr, (bil ki,) sənin öhdənə düşən ancaq (haqqı) təbliğ etməkdir. Allah qullarını görəndir.

(Baş verəcəyinə) şübhə edilməyən bir gündə onları topladığımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də, heç bir haqsızlıq edilməyəcəyi zaman (onların halı) necə olacaq?

Hər kəs etdiyi yaxşı və pis əməllərini qarşısında hazır görəcəyi gün, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir (Öz əzabı ilə qorxudur). Allah qullarına qarşı çox şəfqətlidir.

De: “Allaha və Onun Rəsula itaət edin!” Əgər üz döndərsələr, (bilsinlər ki,) Allah, həqiqətən də, kafirləri sevməz.

Onlar biri digərindən olan (hənif) bir nəsil idilər. Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir.

Bir zaman İmranın zövcəsi demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə xidmətçi bir qul olmaq üçün nəzir etdim. (Bu nəziri) məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən”.

(Nəhayət,) bari-həmlini yerə qoyduğu zaman dedi: “Ey Rəbbim! Mən qız doğdum” – (halbuki,) Allah onun nə doğduğunu yaxşı bilirdi, – “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan qorumağı Sənə həvalə edirəm”.

Rəbbi onu gözəl tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və ona baxmağı Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) yanına mehraba daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. Nəhayət, o: “Ey Məryəm! Bu, sənin üçün haradandır?”– deyə soruşduqda, (Məryəm) dedi: “Bu, Allah tərəfindəndir! Şübhəsiz ki, Allah istədiyi kimsəyə hesabsız ruzi verir”.

Zəkəriyya orada Rəbbinə dua edib dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir zürriyyət bəxş et! Şübhəsiz ki, Sən duaları eşidənsən”.

(Zəkəriyya) mehrabda durub namaz qılarkən mələklər ona belə xitab etdilər: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, (qövmünün) ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”.

O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də, sonsuz ikən mənim necə oğlum ola bilər?” (Allah) buyurdu: “Elədir, (lakin) Allah istədiyini edər”.

O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”. (Allah) buyurdu: “Sənin əlamətin, üç gün, – işarə ilə danışmaq istisna olmaqla, – insanlarla danışmamağındır. (Həmin vaxt) Rəbbini çox yad et və səhər-axşam Onun şəninə təriflər de!”

Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. (İsrail oğullarından) hansı birinin Məryəmi himayə edəcəyi barədə qələmlərini (püşk) atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də, sən onların yanında deyildin.

O zaman mələklər demişdilər: “Ey Məryəm, həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə səni müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. O, həm bu dünyada, həm də axirətdə şan-şöhrətli və (Allaha) yaxın olanlardandır.

O, (həm) beşikdə ikən, (həm də) yetkin çağında insanlarla danışacaq və salehlərdən olacaqdır”.

(Məryəm) dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı halda necə övladım ola bilər?” (Allah) buyurdu: “Elədir, Allah istədiyini yaradır. O, bir işin olmasını istədikdə, ona ancaq “Ol!”– deyər, o da olar”.

(Allah onu) İsrail oğullarına bir elçi edəcəkdir. O deyəcəkdir: “Mən sizə Rəbbinizdən bir möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, (bilin ki,) bunda sizin üçün bir dəlil vardır.

Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyən olaraq və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Elə isə Allahdan qorxun və mənə itaət edin.

Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Doğru yol da, budur!”

İsa onlardakı küfrü hiss etdikdə, dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın (dininin) yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanıq!

Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və (göndərdiyin) elçinin ardınca getdik. Bizi də, şahidlərlə bir yerdə yaz!”

Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah (qarşılıqlı olaraq) hiylə işlədənlərin ən xeyirlisidir.

O vaxt Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracaq, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də, ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm.

Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəlinə bənzəyir. Allah Adəmi torpaqdan yaratdı, sonra ona “Ol!”– dedi, o da oldu.

Həqiqətən bu (deyilənlər,) gerçək əhvalatlardır. Allahdan başqa (ibadətə layiq olan) məbud yoxdur. Şübhəsiz ki, Allah Qüdrətlidir, Hikmətlidir.

Əgər onlar üz çevirsələr, şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri tanıyır.

Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!” De: “Şübhəsiz ki, doğru yol, Allahın yoludur!” Onlar yenə (bir-birilərinə) dedilər: “Sizə verilənin bənzərinin başqa bir kimsəyə verildiyinə və ya Rəbbiniz yanında (müsəlmanların) sizə dəlil gətirəcəyinə inanmayın.” De: “Şübhəsiz ki, lütf Allahın əlindədir və onu istədiyinə verir! Allahın lütfü genişdir, O (hər şeyi) biləndir”.

Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə, Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki, bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah tərəfindəndir!”– deyirlər. Halbuki bu, Allah tərəfindən də deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.

Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə, ona mütləq iman gətirib yardım edəcəksiniz”– deyə əhd almış və (onlara): “Təsdiq etdinizmi, (bu) əhdimi öhdənizə götürdünüzmü?”– demişdi. Onlar: “İqrar etdik!”– deyə cavab vermişdilər. (Allah da) belə buyurmuşdu: “Elə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”.

Yoxsa onlar Allahın dinindən başqasınımı axtarırlar? (Halbuki,) göylərdə və yerdə olanlar istər-istəməz Ona təslim olmuş və Onun hüzuruna qaytarılacaqlar.

İman gətirdikdən, (Allahın göndərdiyi) Rəsulun haqq olduğuna şahidlik etdikdən və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan kimsələri Allah necə doğru yola yönəldər? Allah zalım qövmü doğru yola yönəltməz.

Onlar (bu lənətin içində və ya Cəhənnəm odunda) həmişəlik qalacaqlar. Onların əzabı yüngülləşdirilməz və onlara möhlət də verilməz.

Bundan sonra tövbə edib (əməllərini) islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.

Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini daha da artıran kimsələrin tövbəsi əsla qəbul edilməyəcək. Məhz onlar (doğru yoldan) azanlardır.

Həqiqətən, aləmlərə bərəkət və hidayət qaynağı olaraq insanlar üçün ilk bina edilən ev Bəkkədəki evdir.

Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Ora daxil olan kəs əmin-amanlıqda olar. Yoluna gücü çatan hər kəsin (müqəddəs) Evi ziyarət etməsi Allahın insanlar üzərindəki haqqıdır. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur.

De: “Ey Kitab əhli! Siz (haqqa) şahid olduğunuz halda, nə üçün doğru yolu əyri göstərməyə çalışaraq iman gətirənləri Allah yolundan azdırırsınız?!” (Halbuki,) Allah sizin etdiklərinizdən qafil deyildir.

O gün (neçə-neçə) üzlər ağaracaq, (neçə-neçə) üzlər də, qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz?! Elə isə, küfr etdiyinizə görə dadın əzabı!”– deyiləcəkdir.

Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz; (onlara) yaxşı işlər görməyi əmr edib, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə (haqq yolunu azmış) fasiqlərdir.

Onlar sizə əziyyətdən başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşmalı olsalar, arxa çevirib qaçarlar. Sonra isə onlara kömək də edilməz.

Harada olursa olsunlar, onlara zillət (damğası) vurulmuşdur. Yalnız Allahın ipinə və (ya) insanların ipinə sarılan kimsələr müstəsnadır. Onlar Allahın qəzəbinə düçar olmuş və onlara yoxsulluq üz vermişdir. Bu (cəza) ona görədir ki, onlar Allahın ayələrinə küfr etmiş və (bəzi) peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bu (həm) də onların asilik etmələri və həddi aşmalarına görə idi.

Onların hamısı eyni deyil. Kitab əhli içərisində (dinində) sabitqədəm bir toplum vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar.

Onların bu dünya həyatında xərclədiklərinin məsəli, özlərinə zülm edən bir qövmün əkinlərinə ziyan vurub onu məhv edən şiddətli soyuq bir küləyin məsəlinə bənzəyir. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm etdilər.

Ey iman gətirənlər! Sizdən olmayanları özünüzə sirdaş tutmayın. (Çünki) onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Qəlblərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.

Bax, siz o kəslərsiniz ki, onlar sizi sevmədiyi halda siz onları sevirsiniz. Siz (nazil olmuş) kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz də, iman gətirdik!”– deyir, təklikdə qalanda isə sizə qarşı qəzəblərindən barmaqlarının uclarını gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah qəlblərdə olanları biləndir.

Sizə bir uğur nəsib olduqda, (bu) onları kədərləndirər, sizə bir fəlakət üz verdikdə isə, ona sevinərlər. Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların hiyləsi sizə heç bir zərər verməz. Sözsüz ki, Allah onların etdiklərini əhatəyə almışdır.

Bir zaman sən (Uhuddakı) döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getmişdin. Allah, (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!

O zaman sizlərdən iki dəstə (döyüşü tərk edib geri) qayıtmaq fikrinə düşmüşdü. Allah isə onların yardımçısı idi. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər.

(Allah belə etdi ki, bununla) kafirlərin bir qisminin kökünü kəssin, yaxud onları alçaltsın və beləcə, məyus halda geri dönsünlər, –

Bu işin sənə aidiyyəti yoxdur, – (müsəlman olsalar, Allah ya) onların tövbəsini qəbul edər və ya (inkar etsələr, Allah) onlara əzab verər. Çünki onlar zalımdırlar.

Allaha və (Onun göndərdiyi) Rəsula itaət edin ki, bəlkə, sizə rəhm olunsun.

O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə, Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar gördükləri (pis) işlərdə bilə-bilə israr etməzlər.

Onların mükafatı, Rəbbindən bağışlanma və (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!

Sizdən öncə də, (bir çox belə) hadisələr olub keçmişdir. Elə isə yer üzünü gəzib (haqqı) yalan sayanların aqibətinin necə olduğunu görün.

Bu (Quran) insanlar üçün bir açıqlama, müttəqilər üçün isə doğru yol göstəricisi və öyüd-nəsihətdir.

Zəiflik göstərməyin və kədərlənməyin. Əgər möminsinizsə, (bilin ki,) üstün olan kəslər sizsiniz.

Əgər siz (döyüşdə) yara almışsınızsa, (sizə düşmən olan) qövm də o cür yara almışdı. Biz bu günləri – (qalibiyyəti və məğlubiyyəti,) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevməz.

(Bunu, həm də) Allah möminləri təmizə çıxarsın və kafirləri məhv etsin (deyə belə etdik).

Siz (düşmənlə) qarşılaşmadan öncə, (Allah yolunda) ölməyi arzulayırdınız. İndi isə siz onu gördüyünüz halda baxıb durursunuz.

Allahın izni olmadan heç kəs ölümü dadmaz. (Əcəl) əzəldən müəyyən edilmiş bir yazıdır. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mükafatlandıracağıq.

Neçə-neçə peyğəmbər (olmuşdur ki,) onlarla birlikdə bir çox dindarlar da vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələn (müsibətlərə) görə nə zəifləmiş, nə acizlik göstərmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevər.

Beləcə, Allah onlara həm dünya mükafatını, həm də axirət mükafatının ən gözəlini verdi. Allah yaxşılıq edənləri sevər.

Halbuki, sizin himayəçiniz Allahdır. O, kömək edənlərin ən yaxşısıdır.

Siz Allahın izni ilə (düşmənlərinizi) qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət, (Allah) sizə istədiyiniz (qələbəni) göstərdikdən sonra siz zəiflik göstərib (Peyğəmbərin) əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra (Allah) sizi sınamaq üçün (üzünüzü) onlardan döndərdi. O, artıq sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır.

O zaman Peyğəmbər arxanızdan – (düşmənə yaxın olan sıralardan) sizi çağırdığı halda, siz heç kəsə məhəl qoymadan (düşməndən) qaçırdınız. (Allah da) qəminizin üstünə qəm qoymaqla sizi cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz. Allah etdiklərinizdən xəbərdardır.

Sonra bu qəm-qüssənin ardınca (Allah) sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. Bir dəstə də, öz canlarının hayına qalaraq, Allah barəsində haqsız yerə, cahiliyyə (dövründəkinə bənzər) zənnə qapılıb: “Bu işdə bizim üçün bir xeyir varmı?”– deyirdi. De: “Sözsüz ki, bütün işlər Allaha aiddir!” Onlar sənə açıb demədiklərini öz qəlblərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik”– deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi əzəldən yazılmış kəslər, yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq və qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah qəlblərdə olanları biləndir”.

(Uhudda) iki qoşun qarşılaşdığı gün içərinizdən geri dönənləri, məhz qazandıqları bəzi günahlar üzündən şeytan yoldan azdırdı. (Buna baxmayaraq) Allah onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir.

Əgər siz Allah yolunda öldürülər və ya ölərsinizsə, (bilin ki,) Allahın məğfirəti və rəhməti onların topladıqları şeylərdən daha xeyirlidir.

Ölsəniz də, öldürülsəniz də, mütləq Allahın hüzuruna toplanacaqsınız.

Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər kobud və daş qəlbli olsaydın, heç şübhəsiz, onlar sənin ətrafından dağılıb gedərdilər. Elə isə onları əfv et, onlar üçün (Allahdan) bağışlanma dilə və (görəcəyin) işlər barədə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevər.

(Heç bir) peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra isə hər kəsə əməllərinin əvəzi tam verilər və onlara zülm edilməz.

Allahın rizasını qazanmağa can atan kəslə, Allahın qəzəbinə gələn kəs eyni ola bilərmi?! Onun gedəcəyi yer Cəhənnəmdir. Ora nə pis qayıdış yeridir!

Onlar Allah qatında (müxtəlif) dərəcələrdə olacaqlar. Allah onların nə etdiklərini görür!

Siz (Bədirdə) onların başına ikiqat müsibət gətirmiş olduğunuz halda, (Uhudda) başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”– söylədiniz. De: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir.

(Uhudda) iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın

və münafiqləri bəlli etsin. (Münafiqlərə:) “Gəlin, Allah yolunda döyüşün, yaxud (heç olmasa) müdafiədə durun!”– deyildi. Onlar: “Döyüş olacağını bilsəydik, sizin ardınızca gələrdik”– dedilər. Onlar o gün imandan çox küfrə (daha) yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki, Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir.

(Evlərində) oturub öz qardaşları barəsində: “Əgər onlar bizə itaət etsəydilər, öldürülməzdilər”– söyləyənlərə de: “Əgər doğru deyirsinizsə, elə isə ölümü özünüzdən uzaqlaşdırın!”

Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətə fərəhlənir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və kədərlənməyəcəklərinə sevinirlər.

Yara aldıqdan sonra belə, Allahın və Onun rəsulunun dəvətini qəbul edən kimsələr, (xüsusəndə) onlardan yaxşı işlər görənlər və Allahdan qorxanlar üçün böyük bir mükafat vardır.

O kəslər ki, (bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıb, onlardan qorxun!”– dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Vəkildir!”– dedilər.

Beləcə, özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və lütfü sayəsində geri döndülər və beləliklə də, Allahın rizasına tabe oldular. Allah böyük lütf sahibidir.

Həqiqətən də, imanı əldən verib küfrü alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onlar üçün ağrılı-acılı bir əzab vardır.

Kafirlər, onlara verdiyimiz möhlətin heç də özləri üçün xeyrli olduğunu güman etməsinlər. Biz onlara yalnız günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır.

Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edən kimsələr heç də bu onların xeyrinə olduğunu güman etməsinlər. Əksinə, bu, onların zərərinədir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır.

“(Doğrusu,) Allah bizdən əhd almışdı ki, odun yandıracağı bir qurban gətirməyincə heç bir elçiyə inanmayaq”– deyənlərə (belə) de: “Məndən əvvəl də sizə elçilər açıq-aydın dəlillərlə və dediyiniz (qurbanla) gəlmişdilər. Əgər doğru danışırsınızsa, onda nə üçün onları öldürdünüz?”

Əgər onlar səni yalançı hesab etsələr, (bil ki,) səndən əvvəl açıq-aydın dəlillər, səhifələr və nur saçan kitab gətirmiş elçiləri də yalançı hesab etmişdilər.

Siz mütləq malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, əlbəttə ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir.

Bir zaman Allah Kitab verilənlərdən: “Siz o (kitabı) mütləq insanlara açıqlayacaqsınız və onu gizlətməyəcəksiniz!”– deyə əhd almışdı. Onlar isə bu əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir!

Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır.

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edər, göylərin və yerin yaradılışı haqqında düşünər (və deyərlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi Cəhənnəm əzabından qoru!

Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə vəd etdiklərini bizə ver və Qiyamət günü bizi rəzil etmə! Şübhəsiz ki, Sən vədinə xilaf çıxmazsan!”

Rəbbi onlara (belə) cavab verdi: “Mən, sizlərdən (yaxşı) işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz (kişi, qadın, savab və cəza baxımında eynidir). Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. (Bu,) Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allah yanındadır”.

Qoy kafirlərin (rifah içində) diyarbədiyar gəzib dolaşması səni aldatmasın!

Bu, az bir mənfəətdir. Sonra isə onların gedəcəkləri yer Cəhənnəmdir. Ora necə də pis yataqdır!

Fəqət öz Rəbbindən qorxanlar üçün, Allahdan bir ziyafət olaraq, (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər vardır. Allah yanında olan (nemətlər) yaxşı əməl sahibləri üçün daha xeyirlidir.