عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Romans [Ar-Room] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The Romans [Ar-Room] Ayah 60 Location Maccah Number 30

Əlif. Ləm. Mim.

Rumlular məğlub edildilər;

ən aşağı (və ya Ərəblərın yaşadığı yaxın) bir yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar;

Allah məxluqatı əvvəlcə (yoxdan) yaradır, (öldürdükdən) sonra onu (yenidən) dirildir. Sonra isə siz Ona qaytarılacaqsınız.

Qiyamət saatının gələcəyi gün günahkarlar (Allahın rəhmətindən) ümidlərini itirəcəklər.

(Allaha qoşduqları) şəriklərindən onlar üçün şəfaətçilər olmayacaq. (Allaha qoşduqları) şəriklər onları inkar edəcəklər.

Qiyamət saatının gələcəyi gün (mömin və kafir olmaqla iki firqəyə) ayrılacaqlar.

İman gətirib saleh əməllər edənlərə gəlincə isə, onlar Cənnət bağçalarında sevinc içində olacaqlar.

Odur ki, siz axşama yetişəndə və səhərə çıxanda Allahın şəninə tərif söyləyin.

Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da, günortaya yetişəndə də (Onun şəninə təriflər deyin!)

(Allahın) sizi torpaqdan xəlq etməsi, Onun dəlillərindəndir. Sonra da siz bir bəşər olaraq (yer üzünə) yayıldınız.

Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə göstərməsi, göydən su endirib yeri ölümündən sonra onunla diriltməsi də Onun dəlillərindəndir. Həqiqətən, bunda başa düşən bir qövm üçün dəlillər vardır.

Göyün və yerin Onun əmri ilə öz yerlərində (sabit) qalması da Onun dəlillərindəndir. Sonra da sizi bir dəfə çağıran kimi (mələyin sura bir dəfə üfürməsi ilə) dərhal qəbirlərinizdən qalxıb çıxacaqsınız.

Məxluqatı ilk dəfə (yoxdan) yaradan, öldükdən sonra təkrar dirildən Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Hikmət sahibidir.

Allah sizə özünüzdən bir məsəl çəkdi; sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz nemətlərdə sizinlə bərabər eyni hüquqa malik olan, özünüzdən çəkindiyiniz kimi, onlardan da çəkindiyiniz şərikləriniz varmı? Biz ayələri düşünən bir qövm üçün belə müfəssəl izah edirik.

Lakin zülm edənlər heç bir elmə əsaslanmadan nəfslərinin istəklərinə uydular. Allahın zəlalətə saldıqlarını kim doğru yola yönəldə bilər? Onlara yardım edənlər də olmaz.

(Bu ona görədir ki,) Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər. (Hələlik) əylənin! Tezliklə biləcəksiniz.

İnsanlara bir mərhəmət göstərdiyimiz zaman ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər.

Məgər onlar, Allahın istədiyinin ruzisini bol edib, istədiyininkini də azaltdığını görmürlərmi? Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır.

İnsanların var-dövləti sayəsində, artırmaq məqsədilə sələmlə verdiyiniz mal Allah yanında artmaz. Allahın Üzünü diləyərək (ixlasla) verdiyiniz zəkata gəlincə, (bilin ki,) bunu edənlər (mallarının bərəkətini) qat-qat artıranlardır.

Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan, (heç olmasa,) birini edə bilən varmı? O, pakdır və (müşriklərin) Ona şərik qoşduqlarından ucadır.

İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.

Qarşısıalınmaz gün Allah tərəfindən gəlməmişdən əvvəl üzünü gerçək dinə tərəf tut! O gün onlar (Cənnət və Cəhənnəm əhli olmaqla) iki dəstəyə bölünəcəklər.

Kim küfr edərsə, küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün (Cənnətdə yer) hazırlamış olarlar.

(Bu ona görədir ki, Allah) iman gətirib saleh əməllər edənlərə Öz lütfündən mükafat versin. Şübhəsiz ki, O, kafirləri sevməz.

Əgər Biz bir külək göndərsək və onlar əkini saralmış görsələr, bundan sonra mütləq nankorluq etməyə başlayarlar.

Sən korları da zəlalətdən (çıxarıb) doğru yola yönəldə bilməzsən. Sən (haqqı) yalnız müsəlman olub ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən.

Qiyamət saatının qopacağı gün günahkarlar (dünyada) bircə saat qaldıqlarına and içəcəklər. Onlar (dünyada da haqdan) belə döndərilirdilər.

Həmin gün zalımlara üzür gətirmələri fayda verməyəcək və onlardan tövbə etmələri də tələb olunmayacaq.

Sən səbirli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy (axirətə) yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa – (dindən dönməyə) sövq etməsinlər.