عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Prostration [As-Sajda] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The Prostration [As-Sajda] Ayah 30 Location Maccah Number 32

Əlif. Ləm. Mim.

Yoxsa onlar: “(Muhamməd) bunu özündən uydurmuşdur!”– deyirlər. Xeyr, o, Rəbbindən (nazil) olan bir haqdır ki, səndən öncə xəbərdar edən (peyğəmbər) gəlməmiş bir qövmə xəbərdar edəsən. Bəlkə onlar doğru yola yönələlər.

Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş,

sonra onu tamamlayıb müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürəklər vermişdir. Siz necə də az şükür edirsiniz!

Onlar deyirlər: “Biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər.

Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, saleh əməl edək. Həqiqətən də, biz yəqinliklə inandıq!”– (deyəndə) görəydin!

Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: “Cəhənnəmi mütləq bütün (günahkar) cin və insanlarla dolduracağam!” Sözüm yerinə yetəcəkdir.

Onlar (gecə namazını qılmaq üçün) yanlarını yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (Allah yolunda) xərcləyirlər.

Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nə cür nemətlər saxlandığını heç kəs bilməz

Biz ən böyük əzabdan əvvəl onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar.

Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Şübhəsiz ki, Biz günahkarlardan intiqam alacağıq.

Biz Musaya Kitab (Tövrat) verdik. Sən onunla (Musa ilə) görüşəcəyinə şübhə etmə. Biz onu (Tövratı yaxud Musanı) İsrail oğullarına doğru yol göstərən rəhbər etmişdik.

Səbir etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik.

Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.

Yurdlarında gəzib-dolaşdıqları özlərindən əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola gətirmədimi? Həqiqətən, bunda ibrətlər var. Məgər onlar eşitmirlərmi?

Onlar: “Əgər doğru danışanlardansınızsa, (deyin görək) bu (möminlərlə kafirlərin arasını ayıran) hökm nə vaxt olacaqdır?”– deyirlər.

De: “Hökm günü kafirlərə imanları fayda verməyəcək və onlara (tövbə etmək üçün) möhlət də verilməyəcəkdir”.

Artıq onlardan üz çevir və (Allahın onlara əzab verəcəyi günü) gözlə. Doğrusu, onlar da (sənin başına bir müsibət gələcəyini) gözləyirlər.