عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

Originator [Fatir] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah Originator [Fatir] Ayah 45 Location Maccah Number 35

Allahın insanlara bəxş etdiyi mərhəmətin qarşısını heç kəs ala bilməz. Onun vermədiyi bir şeyi də Ondan başqa heç kəs göndərə bilməz. O, Qüdrətlidir, Hikmət sahibidir.

Əgər onlar səni yalançı hesab etsələr, (bil ki,) səndən əvvəl də elçilər yalançı hesab olunmuşdu. Bütün işlər ancaq Allaha qaytarılacaqdır.

Pis əməli özünə gözəl göstərilib onu yaxşı görənlə, (doğru yolla gedən kimsə eyni ola bilərmi?) Həqiqətən, Allah istədiyini zəlalətə salır, istədiyini də doğru yola yönəldir. Sən onlara görə özünü üzüb əldən salma. Şübhəsiz ki, Allah onların nə törətdiklərini biləndir.

Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cüt-cüt xəlq etmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoyar. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da, ancaq (açıq-aydın) Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.

İki dəniz eyni ola bilməz. Birinin suyu dadlı, şirin və içməyə rahat, digərininki isə həddindən artıq duzlu və acıdır. Onların hər birindən təzə balıq yeyir, taxdığınız zinət əşyalarını çıxarırsınız. Sən gəmilərin onu yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfünü axtarıb tapmağınız və şükür etməyiniz üçündür.

O, gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, günəşi və ayı (Öz əmrinə) ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək (qiyamət gününə qədər) hərəkət edər. Bu, sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa dua etdikləriniz xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.

Əgər siz onlara dua etsəniz, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin (onları Allaha) şərik qoşduğunuzu inkar edəcəklər. Heç kəs sənə (hər şeydən) Xəbərdar olan (Allah) kimi xəbər verə bilməz.

Əgər Allah istəsə, sizi yox edib (yerinizə) yeni bir məxluq gətirər.

Heç bir günahkar başqasının günahını daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən (Onu) görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim (günahlardan) təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış Allahadır.

kölgə ilə isti külək də (eyni deyildir).

Həqiqətən, Biz səni haqla müjdə verən və xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən (bir peyğəmbər) gəlmiş olmasın.

Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də (elçiləri) yalançı hesab etmişdilər. Halbuki elçiləri onlara aydın dəlillər, (İbrahimin səhifələri kimi) müqəddəs yazılar və (Tövrat və İncil kimi) nur saçan kitab gətirmişdilər.

Sonra Mən (haqqı) inkar edənləri yaxaladım. (Görəydin) Mənim (onları) həlak etməyim necə oldu!

(Allah) onlara mükafatlarını tam olaraq versin və onlara Öz lütfündən artırsın. Həqiqətən, O, bağışlayandır, şükürün əvəzini verəndir.

Onlar deyəcəklər: “Həmd, qəm-qüssəni bizdən aparan Allaha məxsusdur! Həqiqətən, Rəbbimiz bağışlayandır, şükürün əvəzini verəndir.

Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!”

Kafirlər üçün isə Cəhənnəm odu vardır. Orada nə öldürülməzlər ki, ölüb canları qurtarsın, nə də bu odun əzabı onlar üçün yüngülləşdirilər. Biz hər bir kafiri belə cəzalandırırıq.

Onlar orada: “Ey Rəbbimiz! Bizi (buradan) çıxart ki, (əvvəllər) etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”– deyə fəryad edəcəklər. (Onlara deyiləcək:) “Məgər orada sizə düşünüb öyüd ala biləcək kimsənin düşünüb öyüd ala biləcəyi qədər uzun ömür vermədikmi?! Sizə xəbərdar edən (Peyğəmbər) də gəlmişdi. Elə isə dadın (əzabı)! Zalımlara kömək edən olmaz”.

Onlar Allaha çox möhkəm and içdilər ki, özlərinə xəbərdar edən (bir peyğəmbər) gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar. Onlara xəbərdar edən (peyğəmbər) gəldikdə isə bu, onların ancaq nifrətini artırdı.

(Bütün bunlar) onların yer üzündə təkəbbür göstərmələrinə və pis hiylələr qurduqlarına görə idi. Pis hiylələr isə ancaq öz sahibini qaplayar. Yoxsa onlar əvvəlkilərin başına gələn bəlalarımı gözləyirlər?! Sən Allahın sünnəsinə heç bir əvəz tapa bilməzsən. Sən Allahın sünnəsində heç bir dəyişiklik də tapa bilməzsən.

Əgər Allah insanları qazandıqları günahlara görə (dərhal) cəzalandırsaydı, yer üzündə bir canlını belə (sağ) buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək (Qiyamət gününə qədər) möhlət verir. Onların vaxtı gəlib çatdıqda isə (hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcək). Şübhəsiz ki, Allah Öz qullarını görəndir.