عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

Ya Seen [Ya Seen] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah Ya Seen [Ya Seen] Ayah 83 Location Maccah Number 36

Ya. Sin.

Həqiqətən, sən göndərilmiş elçilərdənsən,

(Bu Quran) Qüdrətli və Rəhmli (Allah) tərəfindən nazil edilmişdir ki,

ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir qövmü xəbərdar edəsən.

Biz onların boyunlarına dəmir həlqələr keçirdik. Bu həlqələr onların çənələrinə dirənmişdir. Odur ki, başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir.

Biz onların önlərindən bir sədd, arxalarından da bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar (haqqı) görməzlər.

Sən ancaq Zikrə (Qurana) tabe olub Rəhmanı görmədən (Ondan) çəkinən kimsəni qorxuda bilərsən. Beləsini bağışlanma və gözəl bir mükafatla müjdələ.

Həqiqətən, ölüləri dirildən, onların (dünyada) etdiklərini və buraxdıqları izləri (axar sədəqə kimi saleh əməlləri) yazan Bizik. Biz hər şeyi açıq-aydın Kitabda (Lövhi-məhfuzda) qeydə almışıq.

O zaman onlara iki nəfər (elçi) göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də (elçilərimizi) üçüncüsü ilə qüvvətləndirdik. (Bu elçilər:) “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər.

(Elçilər) dedilər: “Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik.

Bizim üzərimizə düşən (vəhy olunanı) aşkar təbliğ etməkdir”.

Onlar dedilər: “Biz sizdə uğursuzluq gördük. Əgər (dəvətinizə) son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq şiddətli bir əzab toxunacaqdır”.

(Elçilər) dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Yoxsa sizə edilən öyüd-nəsihəti (bəd əlamət sayırsınız)?! Xeyr, siz həddi aşmış bir qövmsünüz”.

Şəhərin ən ucqar yerindən (Həbib bin Musa ən-Nəccar adlı) bir kişi tələsik gəlib dedi: “Ey qövmüm, elçilərə tabe olun!

Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan kəslərə tabe olun!

Mən nə üçün məni yaradana və hüzuruna qaytarılacağınız Allaha ibadət etməyim?!

Mən heç Ondan başqa ilahlar qəbul edərəmmi?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.

Belə olacağı təqdirdə mən açıq-aydın azğınlığa düşmüş olaram.

Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!”

(Şəhər sakinləri bu kişini öldürdükdən sonra) ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş qövmüm biləydi ki,

Biz ondan (Həbib bin Musa ən-Nəccardan) sonra qövmünün üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.

(Onları məhv edən) ancaq dəhşətli bir səs oldu. Onlar bir anda məhv oldular.

Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha geriyə (dünyaya) öz yanlarına qayıtmadığını görmürlərmi?!

Onların hamısı (Qiyamət günü hesab üçün) hüzurumuza gətiriləcəklər.

Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan toxum (dənli bitkilər) çıxardırıq, onlar da ondan yeyirlər.

onların meyvələrindən və öz əlləri ilə becərmədiklərindən (yaxud becərdiklərindən) yesinlər. Yenə də şükür etməyəcəklərmi?!

Gecə də, onlar üçün (Allahın qüdrətinə dəlalət edən) bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar.

Günəş də, özü üçün müəyyən edilmiş yerdə hərəkət edər. Bu, Qüdrətli, (hər şeyi) Bilən Allahın əzəli hökmüdür.

Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o (mənzilləri tədricən başa vurduqdan sonra) dönüb xurma ağacının qurumuş budağı kimi (əyri) olar.

Onların züriyyətini yüklü gəmidə (Nuhun gəmisində) daşımağımız da onlar üçün bir dəlildir.

Biz onlar üçün buna (Nuhun gəmisinə) bənzər (daha neçə-neçə) minik vasitəsi yaratdıq.

Əgər istəsək, onları (suya) qərq edərik. O zaman nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər.

Yalnız Bizim (onlara) rəhm etməyimiz və (onlara,) müəyyən edilmiş vaxtadək, gün-güzəran nəsib etməyimiz müstəsnadır.

Onlara: “Önünüzdə və arxanızda olandan (dünya və axirət əzabından) qorxun ki, bəlkə sizə rəhm oluna!”– deyildikdə (üz çevirirlər).

Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər.

Onlar, bir-birləri ilə höcətləşərkən (dünya işləri ilə məşğul olarkən) özlərini yaxalayacaq bir tükürpədici səsi (sura birinci dəfə üfürülməsini) gözləyirlər.

Onlar nə bir vəsiyyət etməyə qadir olacaq, nə də ailələrinin yanına qayıda biləcəklər.

Sur (ikinci dəfə) üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf tələsəcəklər.

Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Rəhmanın vəd etdiyidir. Elçilər doğru deyirlərmiş”.

O gün Cənnət əhli nemətlər içində kef çəkməklə məşğul olacaqlar.

Onlar üçün orada meyvələr və istədikləri hər şey vardır.

Onlara Mərhəmətli Rəbbdən bir söz olaraq “Salam” vardır.

(Qiyamət günü kafirlərə:) "Ey günahkarlar! Bu gün (möminlərdən) ayrılın!"– (deyiləcəkdir).

Artıq (şeytan) içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məgər dərk etmirdiniz?!

Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları (günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.

Əgər istəsəydik, onların gözlərini kor edərdik. O zaman onlar (düz) yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər?!

Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məgər başa düşmürlər?!

Biz bunları (heyvanları) onların ixtiyarına verdik. Onların bəzisini minir, bəzisini də yeyirlər.

Bunlarda (bu heyvanlarda) onlar üçün (başqa) mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi?!

(Müşriklər) Allahdan başqa ilahlar qəbul etdilər ki, bəlkə özlərinə bir kömək olsun.

(O ilahlar) onlara heç bir kömək edə bilməzlər. Halbuki özləri onlar üçün (onları qorumağa) hazır durmuş əsgərlərdir.

Onların sözü (bütlər bizim ilahlarımızdır yaxud sən peyğəmbər deyilsən) səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların gizli saxladıqlarını və aşkar etdiklərini bilirik.

O Bizə bir məsəl çəkdi, lakin öz yaradılışını unutdu. O: “Çürümüş sümükləri kim dirildə bilər?”– dedi.

Əlində hər şeyin hökmü olan (Allah) pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız.