عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

Those who set the ranks [As-Saaffat] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah Those who set the ranks [As-Saaffat] Ayah 182 Location Maccah Number 37

And olsun (ibadət üçün) səf-səf duranlara (mələklərə),

(buludları) qətiyyətlə qovanlara

Həqiqətən, sizin ilahınız təkdir!

O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir.

Onlar ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə (yandırıb yaxan alovlar) yağdırılar

(və oradan) qovularlar. Onlar üçün daimi bir əzab vardır.

Lakin (şeytanlardan) hər kim (mələklərin söhbətlərindən bir söz) qapıb qaçarsa, onu yandırıb-yaxan alov təqib edər.

Onlardan (öldükdən sonra yenidə dirilməyi inkar edən kafirlərdən) soruş: Onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? Biz onları yapışqan bir palçıqdan yaratdıq.

Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar.

Onlara xatırlatdıqda düşünüb ibrət almazlar.

Həmçinin, (bizdən) əvvəlki atalarımız da (dirildiləcəklərmi)?!”

De: “Bəli, özü də, zəlil olduğunuz halda (dirildiləcəksiniz)”.

Bu, təkcə dəhşətli bir səs olacaq. Onlar dərhal (dirilib düçar olduqları müsibətə) baxacaqlar.

(Günahkarlar) deyəcəklər: “Vay halımıza! Bu, Din günüdür!”

(Mələklərə belə əmr olunacaq:) “Zalımları, onların həmtaylarını və ibadət etdiklərini bir yerə toplayın –

Onları (Cəhənnəmə daxil etməzdən əvvəl) tutub saxlayın, çünki onlar sorğu-sual olunacaqlar”.

(Günahkarlara deyiləcək:) “Sizə nə olub ki, (dünyada olduğu kimi) bir-birinizə kömək etmirsiniz?”

(Tabe olanlar öz başçılarına) deyəcəklər: “Siz bizim yanımıza (şirki və küfürü bizə gözəl göstərib, haqqdan çəkindirərək) sağ tərəfdən gəlirdiniz”.

(Başçılar) deyəcəklər: “Xeyr! Siz inanan kimsələr deyildiniz.

Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz (günahlar etməklə) həddi aşmış bir qövm idiniz.

Rəbbimizin (Mən Cəhənnəmi mütləq bütün (günahkar) cin və insanlarla dolduracağam!) sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz (əzabı) mütləq dadacağıq.

Biz sizi azdırdıq. Çünki biz özümüz də azmışdıq”.

O gün onlar (tabe olanlar və başçılar) əzabda şərik olacaqlar.

Çünki onlara: “Allahdan başqa (ibadətə layiq olan) ilah yoxdur!”– deyildikdə təkəbbür göstərir

və: “Məgər bir dəli şairə görə ilahlarımızı tərkmi edəcəyik?!”– deyirdilər.

Xeyr! O, haqla (Quranla) gəldi və (əvvəlki) peyğəmbərləri təsdiqlədi.

Siz (ey müşriklər) mütləq ağrılı-acılı əzabı dadacaqsınız.

Siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılacaqsınız.

Yalnız Allahın ixlaslı qulları (bundan) müstəsnadır.

(Cənnət) meyvələri. Onlara ehtiram göstəriləcək –

(Onlar) taxtlar üstündə bir-biri ilə üzbəüz (oturacaqlar).

Onların ətrafında çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaq.

Ağappaq, içənlərə ləzzət verən (bir şərab).

O (şərab) nə baş ağrısı verər, nə də onlar ondan sərxoş olarlar.

Onların yanında baxışları (öz ərlərinə) dikilmiş iri qara gözlü hurilər olacaqdır.

Sanki onlar qorunub saxlanılmış yumurtadırlar.

Onlardan biri deyəcək: “Mənim (öldükdən sonra yenidən dirilməyi inkar edən) bir yoldaşım var idi.

Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?!”

O (sözünə davam edib) deyəcək: “Siz (onun harada olduğunu görmək) istəyirsinizmi?”

O boylanıb (yoldaşını) Cəhənnəmin ortasında görəcək

və deyəcək: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin.

Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım.

Doğrudanmı biz bir daha ölməyəcəyik?

Biz onu (zəqqum ağacını) zalımlar (Cəhənnəm atəşində hər hansı bir ağacın bitməsi qeymi mümkündür deyən kafirlər) üçün bir fitnə etdik.

Sonra da onlar üçün bunun üstündən qaynar su ilə qatışdırılmış bir içki vardır.

Sonra onların qayıdacağı yer, əlbəttə ki, Cəhənnəmdir.

özləri də tələm-tələsik onların izini tutub getdilər.

Artıq onlardan öncə əvvəlkilərin çoxu zəlalətə düşmüşdü.

Biz onlara xəbərdar edən (peyğəmbərlər) göndərmişdik.

Nuh Bizi (dua edib) çağırdı. Biz çağırışa necə də gözəl cavab verənik!

Sonra gələnlər arasında onun üçün (gözəl xatirə) qoyduq;

Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

Bir zaman o, öz Rəbbinin hüzuruna pak bir qəlblə gəlmişdi.

O zaman o, atasına və qövmünə demişdi: “Siz nəyə ibadət edirsiniz?

Aləmlərin Rəbbi barəsində zənniniz nədir?”

Onlar ondan (İbrahimdən) üz çevirib getdilər.

O, xəlvətcə onların ilahlarının yanına gəlib (istehza ilə) dedi: “Siz (bu təamları) yemirsiniz?!

Sizə nə olub ki, danışmırsınız?!”

Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.

O dedi: “Siz (öz əllərinizlə) yonub düzəltdiklərinizəmi ibadət edirsiniz?

Halbuki sizi də, sizin etdiklərinizi (öz əllərinizlə düzəltdiklərinizi) də Allah yaratmışdır”.

Onlar: “Bunun (İbrahim) üçün bir bina tikin və onu oda atın!”– dedilər.

Beləcə ona (İbrahimə) hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik.

O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”.

O (dedi:) “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (bir övlad) bəxş et!”

Biz də onu həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdələdik.

O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda səni qurban kəsdiyimi gördüm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. İnşallah mənim səbirlilərdən olduğumu görəcəksən”.

Hər ikisi (Allahın əmrinə) tabe olduqları və (İbrahim) onu üzüstə yerə yıxdığı zaman

Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

Biz onun (İsmailin) əvəzinə (İbrahimə) böyük bir qurbanlığı fidyə verdik.

Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.

Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.

Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.

Biz Musa ilə Haruna da nemət (peyğəmbərlik) bəxş etdik.

Sonradan gələnlər arasında hər ikisinə (gözəl xatirə) qoyduq.

Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz?

Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ (Bəl adlı bütə) dua edirsiniz”.

Allah sizin də Rəbbinizdir və sizdən əvvəlki atalarınızın da Rəbbidir.

Onlar onu yalançı saydılar. Ona görə də hamısı (Cəhənnəmə) gətiriləcəkdir.

Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.

Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa.

(həm də) axşam çağı. Məgər anlamırsınız?

O, qınanmış bir halda (dənizə atılarkən) balıq onu uddu.

O xəstə olduğu bir halda Biz onu (ağac və bitki olmayan) boş bir yerə çıxartdıq.

Və üstünə (kölgə salmaq üçün) qabaq növündən (iriyarpaqlı) bir ağac bitirdik.

Biz onu yüz min nəfərə yaxud daha çox kimsəyə (peyğəmbər) göndərdik.

Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək (ömürlərinin sonuna qədər) firavanlıq nəsib etdik.

(Ey Muhamməd) Onlardan (Kafirlərdən) soruş: “Qızlar Rəbbin üçün, oğlanlar isə onlar üçündür?!”

Agah olun ki, onlar öz yalanlarına görə belə deyəcəklər:

“Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar.

Məgər (Allah) qızları oğlanlardan üstünmü tutmuşdur?!

Onlar (Müşriklər) Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların məhşərə gətiriləcəyini bilirlər.

Allah onların (müşriklərin Allahı) vəsf etdikləri sifətlərdən uzaqdır.

(Ey müşriklər!) Nə siz, nə də sizin ibadət etdikləriniz

heç kəsi (Allaha qarşı) yoldan çıxara bilməzsiniz.

Ancaq Cəhənnəmə girəcək kimsədən başqa.

(Mələklər dedi:) “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır.

Həqiqətən, biz (Allahın şəninə) təriflər deyirik”.

“Əgər bizdə də əvvəlkilərdə olan zikrdən (o kitabdan) olsaydı,

Lakin onlar onu (Quranı) inkar etdilər. Onlar tezliklə biləcəklər.

Elçi göndərdiyimiz qullarımız haqqında (bu) Sözümüz əzəldən deyilmişdi:

(Ey Peyğəmbər!) Bir müddət onlardan üz çevir!

Onlara bax! Onlar tezliklə (əzabı) görəcəklər.

Əzab onların yurdlarına yetişdiyi zaman qorxudulanların sabahı necə də pis olacaqdır!

(Ey Peyğəmbər!) Bir müddət onlardan üz çevir!

Onlara bax! Onlar tezliklə (əzabı) görəcəklər.

Sənin pak və müqəddəs Rəbbin - qüdrət sahibi olan Rəbbin müşriklərin Onu vəsf etdikləri sifətlərdən uzaqdır.