عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

Explained in detail [Fussilat] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah Explained in detail [Fussilat] Ayah 54 Location Maccah Number 41

Hə. Mim.

(Bu Quran) Mərhəmətli və Rəhmli (olan Allah) tərəfindən nazil edilmişdir.

(Bu) bilən bir qövm üçün ərəbcə Quran olaraq ayələri müfəssəl izah edilmiş bir kitabdır.

(O) müjdə verən və qorxudan olaraq (göndərilmişdir). Lakin onların əksəriyyəti (haqqı) eşitməz.

Onlar deyirlər: “Bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda karlıq və bizimlə sənin aranda bir örtük vardır. Sən (öz dininə) əməl et, biz də (öz dinimizə) əməl etməkdəyik!”

(Ey Peyğəmbər!) De: “Mən də sizin kimi bir insanam. Mənə ilahınızın yalnız tək bir ilah olduğu vəhy olunur. Ona tərəf yönəlin və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!

O, dörd gün ərzində (bazar, birinci, ikinci və üçüncü günlərdə) yerin üzərində möhkəm duran dağlar yerləşdirdi, yeri bərəkətli etdi və (ruzi) istəyənlər üçün orada (yer əhlinin) ruzisini təqdir etdi. (Yaxud bütün bunların hamısının neçə gündə yaradıldığını soruşanların bilməsi üçün Allah onları dörd gün ərzində xəlq etdi).

Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə buyurdu: “Könüllü surətdə və ya məcburi olaraq gəlin (əmrimə boyun əyin)!” Onlar: “Könüllü olaraq gəldik!”– dedilər.

O, iki (dördüncü və beşinci) gündə onları yeddi göy olaraq yaratdı və hər göyə onun özünə aid iş tapşırdı. Biz dünya səmasını qəndillərlə bəzədik və (onu) hifz etdik. Bu, Qüdrətli və Bilən Allahın təqdiridir.

Əgər üz döndərsələr, de: “Mən sizi Ad və Səmud ildırımına bənzər bir ildırım barədə xəbərdar edirəm”.

Peyğəmbərlər onlara önlərindən və arxalarından (bir-birinin ardınca) gələrək: “Allahdan başqasına ibadət etməyin”– dedikləri zaman: “Rəbbimiz istəsəydi əlbəttə mələklər endirərdi. Biz sizinlə göndərilənləri inkar edirik!”– demişdilər.

Səmud (qövmünə) gəldikdə isə, Biz onlara doğru yol göstərdik, onlar isə korluğu doğru yoldan üstün tutdular. Odur ki, onları qazandıqları (günahlar) üzündən alçaldıcı əzab ildırımı yaxaladı.

Allahın düşmənləri Cəhənnəmə toplanılacaqları gün onlar (axırdakıların əvvəldəkilərə gəlib çatması üçün bir yerdə) saxlanılacaqlar.

Nəhayət, onlar oraya (Cəhənnəmə) gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir.

Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?”– deyəcəklər. (Dəriləri) deyəcək: “Bizi hər şeyi danışdıran Allah danışdırdı”. Sizi ilk dəfə O yaratmışdır və siz Ona qaytarılacaqsınız.

(Əzaları onlara deyəcək:) Siz (günah işləyərkən) qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahidlik etməsindən çəkinmirdiniz. Lakin etdiyiniz əməllərin çoxunu Allahın bilmədiyini zənn edirdiniz.

Rəbbiniz barəsində olan bu zənniniz (Allahın etdiyiniz əməllərin çoxunu bilməməsi) sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz.

Biz onlara (fasiq) dostlar qoşduq və (bu dostlar) onlara öndəkilərini və arxadakılarını gözəl göstərdilər (dünyanı sevdirib, axirəti unutdurdular). Onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlər barəsindəki Söz onlar barəsində də gerçək oldu. Həqiqətən də, onlar ziyana uğradılar.

Kafirlər deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, biz onları ayaqlarımız altına salaq, beləcə onlar zəlillərdən (yaxud Cəhənnəmin ən aşağı təbəqəsinə düşənlərdən) olsunlar”.

Bağışlayan və Rəhmli (Allah) tərəfindən bir ziyafət olaraq”.

Allaha tərəf çağıran, saleh əməl edən və: “Mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz söyləyən kim ola bilər?!

Əgər onlar (Allaha səcdə etməkdən) təkəbbürlük göstərsələr (bilsinlər ki), Rəbbinin yanında olanlar (mələklər) gecə-gündüz usanmadan Onun şəninə təriflər deyərlər.

Yer üzünü qupquru görməyin də Onun (vəhdaniyyətinə dəlalət edən) dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır (müxtəlif növ bitkilər yetişdirər). Şübhəsiz ki, onu canlandıran (Allah), ölüləri də mütləq dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir.

Özlərinə Zikr (Quran) gəldiyi zaman ona küfür edənlər (cəzalandırılacaqlar). Həqiqətən, bu, əziz (eyibdən uzaq) bir Kitabdır.

Batil ona nə önündən, nə də arxasından gələ bilməz. O, hikmət sahibi, tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir.

(Ey Peyğəmbər!) Sənə deyilənlər, səndən əvvəlki elçilərə deyilənlərdən (sehribaz, yalançı, məcnun və s. bu kimi sözlərdən) başqa bir şey deyildir. Həqiqətən, sənin Rəbbin bağışlayandır, şiddətli cəza verəndir.

Əgər Biz onu yad bir dildə Quran etsəydik, onlar deyərdilər: “Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? (Kitab) başqa dildə, (Peyğəmbər isə) ərəbmidir?!” De: “O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır”. İman gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordurlar. Onlar (sanki) uzaq bir yerdən çağırılırlar.

Biz Musaya da Kitab verdik, lakin onun barəsində ixtilaf düşdü. Əgər Rəbbinin (cəzanın müəyyən bir vaxtadək təxirə salınması barəsindəki) öncədən buyurduğu Söz olmasaydı, onların arasında hökm verilmiş olardı. Həqiqətən, (kafirlər) onun (Quran) barəsində anlaşılmaz bir şübhə içindədirlər.

Qiyamət saatının elmi yalnız Ona məxsusdur. O bilmədən heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə qalmaz və bətnində daşıdığı yükü yerə qoymaz. O gün (Allah) onlara (müşriklərə) nida edib: “Şəriklərim haradadır?”– deyəcək. Onlar da: “Biz Sənə bildirdik ki, aramızda (Sənin şərikin olduğuna şəhadət verəcək) heç bir şahid yoxdur!”– deyəcəklər.

Əvvəllər tapındıqları (bütlər) onları qoyub gedəcək və onlar özləri üçün bir qurtuluş yeri olmadığını yəqin biləcəklər.

İnsan özünə (mal-dövlət, sağlamlıq, oğul-uşaq və s. bu kimi) xeyir diləməkdən usanmaz. Əgər ona bir pislik toxunsa, məyus olub ümidsizliyə qapanar.

Başına gələn zərərdən sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq: “Bu mənim haqqımdır. Qiyamətin qopacağını güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət vardır!”– deyər. Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara mütləq ağır bir əzab daddıracağıq.

(Ey Peyğəmbər! Quranı yalan sayan o müşriklərə) de: “Bir deyin görək, əgər (Quran) Allah tərəfindəndirsə, sonra da siz onu inkar edirsinizsə, o zaman haqdan uzaq bir ayrılıq içində olan kimsədən daha çox azmış kim ola bilər?!”

Onun (Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm üfüqlərdə (kainatda), həm də öz nəfslərində göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!

Bilin ki, onlar (müşriklər) Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Bilin ki, O, (elmi ilə) hər şeyi əhatə edəndir.