عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

Muhammad [Muhammad] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah Muhammad [Muhammad] Ayah 38 Location Madanah Number 47

Kafirlərin və (insanları) Allahın yolundan azdıranların əməllərini (Allah) puça çıxarmışdır.

(Ey möminlər!) Kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları məğlub etdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Müharibə bitdikdə isə onları ya fidyəsiz, ya da fidyə alıb azad edin. Bu (Allahın hökmüdür). Əgər Allah istəsəydi, onlardan (döyüşsüz də) intiqam alardı. Lakin O, sizi biri-birinizlə sınağa çəkmək üçün (belə etdi). Allah Onun yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz.

(Allah) onları doğru yola yönəldəcək, onların (din və dünya) işlərini islah edəcək

və onları (dünyada) özlərinə tanıtdığı Cənnətə daxil edəcəkdir.

Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək etsəniz, O da sizə kömək edər və qədəmlərinizi (döyüşdə və ya sirat körpüsündə) sabit edər.

Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət etdilər, O da onların əməllərini puça çıxartdı.

Məgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Allah onları yerlə yeksan etmişdir. Kafirləri də buna bənzərləri gözləyir.

(Ey Peyğəmbər!) Səni qovub çıxaran məmləkətindən daha qüvvətli neçə-neçə məmləkət var idi ki, Biz onları məhv etdik və onlara kömək edən də tapılmadı.

Məgər Rəbbindən bir dəlilə istinad edən kimsə, pis əməli özünə gözəl göstərilən və istəklərinə uyan kimsələr kimi ola bilərmi?!

(Ey Peyğəmbər!) Onların (münafiqlərin) arasında səni dinləyənlər də var. Nəhayət, onlar sənin yanından çıxdıqda, özlərinə elm verilmiş kimsələrə (istehza ilə) deyərlər: “O, bayaq nə deyirdi?” Onlar, Allahın, qəlblərinə möhür vurduğu və öz nəfslərinə uymuş kimsələrdir.

Doğru yola yönələnlərə gəldikdə isə Allah onların hidayətini artırar və onları təqvaya (saleh əməllərə) müvəffəq edər.

Yoxsa (kafirlər) Qiyamət saatının qəfildən onlara gəlməsinimi gözləyirlər?! Artıq onun (Muhammədin Peyğəmbər olaraq göndərilməsi və ayın iki yerə yarılması kimi) əlamətləri gəlmişdir. (Qiyamət saatı) onlara gəlib yetişdiyi zaman ibrət almalarının nə faydası?!

(Ey Peyğəmbər!) Bil ki, Allahdan başqa (ibadətə layiq olan heç bir) ilah yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə və mömin qadınların bağışlanmasını dilə. Allah (gündüzlər) gəzib-dolaşdığınız yeri də, (gecələr) gecələyəcəyiniz məskəni də bilir.

itaət etsinlər və xoş söz söyləsinlər. (Cihada) qəti əmr verildiyi zaman Allaha sadiq qalsaydılar, əlbəttə ki, onlar üçün daha yaxşı olardı.

Əgər (haqdan) üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz.

Özlərinə hidayət yolu bəlli olduqdan sonra (haqdan dönüb) geriyə üz tutan kimsələrə şeytan (günah işləri) gözəl göstərmiş və onlara uzun ömür vəd etmişdir.

Bu onların (münafiqlərin) Allahın nazil etdiyinə nifrət edənlərə (müşriklərə): “Biz bəzi işlərdə sizə itaət edəcəyik!”– dediklərinə görədir. Allah onların sirlərini bilir.

Bəs mələklər onların üzlərinə və arxalarına vuraraq canlarını alanda onların halı necə olacaqdır?!

Bu onların Allahı qəzəbləndirən şeylərə uyduqlarına və Onun razı qaldığı şeylərə nifrət etdiklərinə görədir. Buna görə də Allah onların əməllərini boşa çıxartdı.

Yoxsa qəlblərində xəstəlik olanlar, Allah onların (qəlblərindəki) kin-küdurətini üzə çıxarmayacağını hesab edirdilər?!

(Ey Peyğəmbər!) Əgər Biz istəsəydik, onları (münafiqləri) sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir.

(Ey möminlər!) Biz aranızdakı mücahidləri və səbir edənləri ayırd edib üzə çıxardanadək sizi mütləq sınayacaq və barənizdəki xəbərləri də (Allahın əmrinə tabe olub cihad edənləri və tənbəllik edib cihaddan geridə qalanları da) yoxlayacağıq.

Sözsüz ki, kafir olanlar, (insanları) Allah yolundan azdıranlar və hidayət yolu özlərinə bəlli olduqdan sonra Peyğəmbərə düşmənçilik edənlər Allaha heç bir zərər verə bilməzlər. Allah onların əməllərini puça çıxaracaqdır.

(Ey Möminlər!) Zəiflik göstərməyin və üstün olduğunuz halda (kafirləri) sülhə çağırmayın! Allah sizinlədir. O sizin əməllərinizi (əməllərinizin savabını) əskiltməz.

Dünya həyatı sadəcə oyun və əyləncədən ibarətdir. Əgər iman gətirib (Allahdan) qorxsanız, O sizə mükafatlarınızı verər və sizdən mal-dövlətinizi istəməz.

Əgər (Allah) sizdən bunu istəsə və sizdən təkidlə tələb etsə, siz xəsislik göstərsəniz, O, kin-küdurətinizi üzə çıxardar.