عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Event, The Inevitable [Al-Waqia] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The Event, The Inevitable [Al-Waqia] Ayah 96 Location Maccah Number 56

Onun vaqe olacağına heç bir şübhə yoxdur.

O, (kafirləri) alçaldacaq, (möminləri) ucaldacaq.

Dağlar parça-parça olub ovxalandığı

(Ətrafa) səpələnmiş toz-torpağa döndüyü zaman,

(Dünyada xeyirxah işlərdə) öndə gedənlər, (axirətdə də) öndədirlər!

Onlar (Allaha) yaxınlaşdırılmış kimsələrdir.

Onlar Nəim cənnətlərində olacaqlar.

Onların bir qismi əvvəlki ümmətlərlərdən.

ِAz bir qismi də axırıncılardandır.

(Onlar qızıl-gümüşlə) bəzənmiş taxtlar üstündə

Onların ətrafında həmişəcavan (xidmətçi) oğlanlar dolanacaqlar –

çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –

və istədikləri quş əti ilə (onların ətrafında hərlənəcəklər).

(Onlar üçün orada) iri qara gözlü hurilər vardır –

Sanki (sədəf içində) qorunub-saxlanmış mirvariyə bənzər (hurilər).

(Bu, onlara) etdikləri əməllərin mükafatı olaraq (veriləcəkdir).

Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.

Yalnız: “Salam! Salam!”– sözləri (eşidəcəklər).

Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!

(Onlar) tikansız sidr ağacları,

meyvələri salxım-salxım asılmış banan ağacları altında,

tükənməyən və qadağan edilməyən (meyvələr içində)

və hündür döşəklər üstündə (olacaqlar).

Biz onları (huriləri) yeni bir biçimdə yaratdıq.

ərlərini sevən, həmyaşıdlar.

(Bunlar) sağ tərəf sahibləri üçündür.

Onlar qızmar yel və qaynar su içində,

qapqara duman kölgəsində olacaqlar.

(Bu duman) nə sərin, nə də xoşagələndir.

böyük günah işləməkdə (Allaha şərik qoşmaqda) israr edirdilər

Yaxud əvvəlki atalarımızda (dirildiləcəklərmi)?!”

(Ey Peyğəmbər!) De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,

bəlli bir günün (Qiyamət gününün) müəyyən vaxtında mütləq cəm ediləcəklər.

Siz (onu) susuzluq xəstəliyinə tutulmuş dəvə kimi içəcəksiniz”.

Sizi Biz yaratdıq. Kaş ki (dirildiləcəyinizi) təsdiq etsəniz!

Axıtdığınız nütfəni gördünüzmü?!

Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.

Sizin yerinizə bənzərlərinizi gətirmək və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yenidən yaratmağa (Bizə mane olan tapılmaz).

Siz ilk yaradılışı bilirsiniz. Kaş ki (dirildiləcəyiniz barədə) düşünsəniz!

Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də təəccüb edərdiniz,

(və deyərdiniz:) “Biz ziyana uğradıq.

Xeyr, biz (ruzidən) məhrum olanlardanıq!”

Biz onu (Cəhənnəmi) xatırlamaq və müsafirlərin faydalanması üçün yaratdıq.

(Ey Peyğəmbər!) Elə isə əzəmətli Rəbbinin adı ilə təsbih et!

Həqiqətən, o, çox dəyərli Qurandır,

qorunub saxlanılan kitabdadır (lövhi-məhfuzdadır).

O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqlamı edirsiniz?!

həmin an siz (qarşınızda can verən kimsəyə) baxırsınız.

Biz ona (elmimiz və ya mələklərimizlə) sizdən daha yaxınıq, lakin siz isə (bunu) görmürsünüz.

Madam ki, siz (iddianıza görə) haqq-hesab olunmayacaqsınız

əgər doğru danışanlarsınızsa, onda, o canı geri qaytarın.

Amma əgər o, (ölən kimsə Allaha) yaxın olanlardandırsa,

onda rahatlıq, gözəl ruzi və Nəim Cənnəti vardır.

(ona:) “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– (deyiləcəkdir).

Yox əgər o, (haqqı) yalan sayanlardan və (doğru yoldan) azanlardandırsa,

(onun) ziyafəti qaynar su olacaq,

özü də Cəhənnəmdə yanacaqdır.

Həqiqətən, bu (qullara əməllərinin əvəzi verilməsi), açıq-aydın bir haqqdır.

(Ey Peyğəmbər!) Elə isə əzəmətli Rəbbinin adı ilə təsbih et!