عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The congregation, Friday [Al-Jumua] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The congregation, Friday [Al-Jumua] Ayah 11 Location Madanah Number 62

Göylərdə və yerdə olanların hamısı, Məlik (göylərin və yerin mülkünün sahibi), Qüddus (bütün qüsurlardan pak), Əziz (yenilməz güc-qüvvət sahibi) və Hikmətli olan Allahı təsbih edirlər.

Ummilərə (yazıb-oxumağı bilməyən ərəblərə) özlərindən onlara Allahın ayələrini oxuyan, onları pis əməllərdən təmizləyən, onlara Kitabı və Hikməti (Quran və Sünnəni) öyrədən bir Peyğəmbər göndərən Odur. Halbuki onlar bundan öncə açıq-aydın azğınlıq içində idilər.

(Allah səni) hələ onlara (yazıb-oxumağı bilməyən ərəblərə) qoşulmayan başqalarına da (elçi göndərmişdir). O, Qüdrətlidir, Hikmət sahibidir.

Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlərin məsəli, belində kitablar daşıyan, (amma onlardan faydalana bilməyən) uzunqulağın məsəlinə bənzəyir. Allahın ayələrini yalan sayan qövmün məsəli necə də pisdir. Allah zalım qövmü doğru yola yönəltməz.

(Ey Peyğəmbər!) De: “Ey yəhudilər! Əgər insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və doğru danışanlarsınızsa, onda (Allahdan özünüzə) ölüm diləyin!”

Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni (minbərdə xütbə oxuyarkən) ayaq üstə olduğun halda tərk etdilər. (Ey Peyğəmbər!) De: “Allah yanında olan savab əyləncədən və ticarətdən daha xeyirlidir. Allah ruzi verənlərin ən xeyirlisidir”.