عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Sovereignty [Al-Mulk] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The Sovereignty [Al-Mulk] Ayah 30 Location Maccah Number 67

Mülk Əlində Olan Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır. O hər şeyə qadirdir.

Yeddi göyü bir-birinin üzərində yaradan Odur. Sən Rəhmanın yaratdığında bir uyğunsuzluq görməzsən. Gözünü qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi?

Sonra gözünü qaldırıb (göyə) təkrar təkrar bax. Göz (orada bir uyğunsuzluq tapmayıb) zəlil və yorğun halda özünə tərəf dönəcəkdir.

Rəbbinə küfür edənlər Cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir.

Onlar (kafirlər) oraya atıldıqda Cəhənnəmin dəhşətli uğultuyla qaynadığını eşidəcəklər.

Cəhənnəm qəzəbindən az qala parçalansın. Ora (Cəhənnəmə) hər dəfə bir dəstə atıldıqda onun gözətçiləri onlardan: “Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?”– deyə soruşacaqlar.

Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan (bir peyğəmbər) gəlmişdi. Amma biz (onu) yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz”– demişdik.

Onlar: “Əgər biz (peyğəmbərləri) dinləsəydik və ya anlasaydıq Cəhənnəm əhli içində olmazdıq!”– deyəcəklər.

Onlar öz günahlarını etiraf etdilər. Cəhənnəm əhli (Allahın rəhmətindən) uzaq olsun!

(Ey insanlar!) Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də (fərqi yoxdur). O, sinələrdə (qəlblərdə) olanları biləndir.

Məgər yaradan (Allah) yaratdığını bilməzmi? O, Lətifdir (hər şeyi incəliyinə qədər biləndir) və (hər şeydən) Xəbərdar.

(Ey kafirlər!) Göydə olanın (Allahın) sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titrəyəcəkdir.

Yaxud göydə olanın (Allahın) üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim (əzabla) qorxutmağımın necə olduğunu biləcəksiniz.

Onlardan (Məkkə mürşiklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. (Bir görəydin) Mənim (onları) həlak etməyim necə oldu!

Məgər onlar üstlərində dəstə-dəstə qanad çalaraq uçan quşları görmürlərmi? Onları (havada) ancaq Rəhman (olan Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görəndir.

Yaxud O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və (haqdan) boyun qaçırmaqda davam edirlər.

(Ey Peyğəmbər!) De: “Sizi yer üzünə yayan Odur. Siz Onun hüzuruna toplanacaqsınız!”

Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaqdır?”– deyirlər.

(Ey Peyğəmbər!) De: “Onu bilmək yalnız Allaha məxsusdur. Mən isə ancaq açıq-aydın xəbərdar edən bir peyğəmbərəm!”

(Ey Peyğəmbər!) De: “Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, (bəs siz) kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər?”

(Ey Peyğəmbər!) De: “O, Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etdik. Kimin açıq-aydın azğınlıq içində olduğunu (tezliklə) biləcəksiniz.

(Ey Peyğəmbər!) De: “Deyin görüm, əgər suyunuz (yerin dibinə) çöksə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?”