The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesThe rising of the dead [Al-Qiyama] - Azerbaijani translation - Ali Khan Mosaiv
Surah The rising of the dead [Al-Qiyama] Ayah 40 Location Maccah Number 75
And içirəm Qiyamət gününə!
And içirəm özünü qınayan nəfsə!
Məgər insan (ölüb çürüdükdən sonra) onun sümüklərini bir yerə yığa bilməyəcəyimizimi zənn edir?!
Bəli, Biz onun barmaq uclarını da bərpa etməyə qadirik.
Lakin insan (bundan sonra da) günah etmək istəyər.
O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə (rişxəndlə) soruşur.
Göz bərələcəyi,
ay tutulacağı
günəşlə ayın qovuşacağı zaman –
o gün insan: “Qaçacaq yer haradadır?”– deyəcəkdir.
Xeyr, (o gün) pənah aparılacaq yer olmayacaqdır.
O gün qayıdış (ancaq) Rəbbinə olacaqdır.
O gün insana etdiyi və sonraya saxladığı (əməlləri) barədə xəbər veriləcəkdir.
Əslində, insan öz əleyhinə şahiddir.
Hər cür üzrxahlıq etsə də (fayda verməz)!
(Ey Peyğəmbər! Cəbrail sənə Quranı nazil etdikdə) onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!
Şübhəsiz ki, onu (qəlbində) cəm etmək və (dilində) oxutmaq Bizə aiddir.
Biz onu (Cəbrailin dili ilə) oxuduğumuz zaman sən onun oxunuşuna tabe ol.
Sonra onu bəyan etmək də Bizə aiddir.
Xeyr! Əksinə, siz tez ötüb keçəni (fani dünyanı) sevirsiniz.
Axirəti isə tərk edirsiniz.
O gün (bir çox) üzlər parlayacaq,
öz Rəbbinə baxacaqdır.
O gün (bir çox) üzlər də tutulub qaralacaq,
ona böyük bir müsibət üz verəcəyini zənn edəcəkdir.
Xeyr, (ruh) körpücük sümüklərinə yetişəcəyi zaman;
“Kimdir ovsun edən?”– deyiləcək.
(Can verən kimsə dünya həyatından) ayrıldığını yəqin edəcəyi
ayaq ayağa dolaşacağı zaman –
o gün (hər kəs) Rəbbinin hüzuruna gətiriləcək.
O (kafir) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı.
Lakin (haqqı) yalan saydı və üz döndərdi.
Sonra da lovğa-lovğa ailəsinin yanına getdi.
Vay sənin halına, vay!
Sonra da vay sənin halına, vay!
Yoxsa insan başlı-başına buraxılacağınımı güman edir?!
Məgər o, mənidən axıdılan bir damla nütfə deyildimi?
Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir surət verdi.
Ondan da biri kişi, biri qadın olmaqla iki cift yaratdı.
Məgər (bunları edən) Allah ölüləri diriltməyə qadir deyilmi?