عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The tidings [An-Naba] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The tidings [An-Naba] Ayah 40 Location Maccah Number 78

Onlar (müşriklər) nə barədə bir-birindən soruşurlar?

Böyük bir xəbər (Qiyamət) barəsində –

(elə bir xəbər) ki, onlar onun haqqında ixtilafdadırlar.

Xeyr, onlar (Qiyamətin həqiqət olduğunu) mütləq biləcəklər!

Bir daha xeyr! Onlar mütləq biləcəklər!

(Ey insanlar!) Biz sizi (erkək və dişi olmaqla) cüt yaratdıq.

Yuxunuzu da (sizin üçün) rahatlıq etdik.

habelə (ağaclarının qol-budaqları bir-birinə) sarmaşan bağlar (salaq).

Həqiqətən, (haqqı batildən) ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!

(Ey insanlar!) Sur üfürüləcəyi gün siz (məhşərə) dəstə-dəstə gələcəksiniz.

(O gün) göy açılacaq və (mələklərin yerə enməsi üçün göydə) qapıları olacaqdır.

Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcəkdir.

Həqiqətən, Cəhənnəm pusquda dayanıb (kafirləri) gözləyir.

O, həddi aşanların qayıdacağı yerdir.

Onlar orada nə bir sərinlik, nə də içəcək bir şey dadacaqlar.

(İçdikləri) yalnız qaynar su və irin (olacaqdır) –

(Dünyada ikən etdikləri əməllərə) müvafiq bir cəza olaraq.

Çünki, onlar hesaba çəkiləcəklərini güman etmirdilər.

Biz hər bir şeyi hesablayıb (lövhi-məhfuzda) yazmışıq.

Elə isə dadın (əzabı)! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!

Həqiqətən, müttəqilər üçün qurtuluş vardır.

(Həmçinin) bağlar və üzümlüklər,

dolğun döşlü həmyaşıd qızlar

(Cənnət şərabı ilə) ləbələb (doldurulmuş) qədəhlər də (vardır)!

Onlar orada nə boş bir söz, nə də bir yalan eşidəcəklər.

(Bunlar) Rəbbindən olan mükafat, bol bol verilən töhfədir.

Göylərin, yerin və onların arasında olanların Rəhman olan Rəbbindən. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar.

O gün Ruh (Cəbrail) və mələklər səf-səf duracaq. Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq. (İzin verdiyi kimsə də) doğrunu danışacaqdır.