عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

He Frowned [Abasa] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah He Frowned [Abasa] Ayah 42 Location Maccah Number 80

(Peyğəmbər) qaşqabağını tökdü və üz çevirdi –

yanına kor (Abdullah ibn Ümmi-Məktum) gəldiyinə görə.

(Ey Muhamməd!) Nə bilirsən, bəlkə o (günahlardan) təmizlənəcəkdi

yaxud öyüd dinləyib və bu öyüd ona fayda verəcəkdi!

(Öyüd-nəsihətinə) ehtiyacı olmayana gəlincə isə,

Onun (günahlardan) təmizlənməməsinin sənə bir aidiyyəti yoxdur.

Amma tələsərək sənin yanına gələn,

(Allahdan) qorxan kimsəyə gəlincə,

Xeyr (Bir daha belə etmə)! Şübhəsiz ki, bu (ayələr), bir öyüd-nəsihətdir.

Kim istəsə, ondan öyüd-nəsihət alar.

(Bu Quran) möhtərəm səhifələrdədir.

(Bu səhifələr) elçilərin (mələklərin) əllərindədir.

möhtərəm və müti olan (mələklərin əllərində).

(Qoy baxsın), Allah onu nədən yaratdı?

(Allah) onu nütfədən yaratdı və onu müəyyən şəklə saldı.

Sonra da istədiyi vaxt onu (yenidən) dirildəcəkdir.

Xeyr! O, hələ də (Allahın) ona buyurduğunu yerinə yetirməmişdir.

meyvələr və otlar da (bitirdik).

Sizin və heyvanlarınızın faydalanması üçün.

həyat yoldaşından və övladlarından!

Onları zülmət bürüyəcək.