عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Cleaving [AL-Infitar] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The Cleaving [AL-Infitar] Ayah 19 Location Maccah Number 82

dənizlər daşıb bir-birinə qarışacağı zaman;

hər kəs əvvəlcədən (özü üçün) nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir.

O Rəbbin ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi.

Xeyr! Əksinə, siz (Qiyaməti) yalan hesab edirsiniz!

Sizin üzərinizdə nəzarətçilər vardır.

Hörmətli (əməllərinizi) yazan mələklər.

Onlar sizin nə etdiklərinizi bilirlər.

Həqiqətən, yaxşılar nemət içində olacaqlar.

Onlar ora Din (hesab) günü girəcəklər.

(Ey Peyğəmbər!) Sən nə biləydin ki, Din günü nədir?

O gün heç kəs heç kəsə heç bir fayda verə bilməz. O gün hökm yalnız Allaha məxsus olacaqdır!