عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Mansions of the stars [Al-Burooj] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The Mansions of the stars [Al-Burooj] Ayah 22 Location Maccah Number 85

And olsun vədə verilmiş günə (Qiyamət gününə)!

And olsun şahidlik edənə və şahidlik edilənə!

Odunla alovlandırılmış (xəndəklər).

O zaman onlar xəndəklərin ətrafında oturub,

(Kafirlər) onlardan yalnız Qüdrətli, Tərifəlayiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.

Şübhəsiz ki, mömin kişilərə və mömin qadınlara işkəncə verib sonra da tövbə etməyənlərə Cəhənnəm əzabı və onları yandırıb-yaxan od əzabı vardır.

(Ey Peyğəmbər!) Doğrudan da, Rəbbinin (günahkarları) yaxalaması çox şiddətlidir!

Həqiqətən, (hər şeyi) ilk olaraq yaradan və (öldükdən sonra onu) yenidən dirildən Odur.

Çox bağışlayan da, çox Sevən də Odur!

Ərşin sahibidir, Şan-şöhrəti uca olandır!

(Ey Peyğəmbər!) Qoşunların xəbəri sənə gəlib çatdımı?

Firon və Səmud (qoşunlarının).

Xeyr, küfr edənlər (haqqı) yalan saymaqdadırlar.