The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesThe City [Al-Balad] - Azerbaijani translation - Ali Khan Mosaiv
Surah The City [Al-Balad] Ayah 20 Location Maccah Number 90
And içirəm bu şəhərə (Məkkəyə)!
Sən bu şəhərdə sakinsən. (Yaxud: Sənə bu şəhərdə istədiyini etmək halaldır).
And olsun ataya (Adəmə) və onun zürriyyətinə!
Biz insanı çətinlik içində xəlq etdik.
Məgər o (insan), heç kəsin ona gücü çatmayacağınımı güman edir?!
O: “Mən (Muhammədə düşmənçilik yolunda) çoxlu mal xərclədim!”– deyir.
Məgər o, heç kəsin onu görməyəcəyinimi zənn edir?!
Biz ona iki göz vermədikmi?!
Eləcə də, bir dil və iki dodaq (vermədikmi)?!
Biz ona iki yolu (haqqı və batili) göstərmədikmi?!
O, sərt yoxuşu aşa biləmədi.
Sən nə bilirsən ki, o sərt yoxuş nədir?
(O,) kölə azad etməkdir
və ya aclıq günündə (möhtaca) yemək verməkdir –
qohumluğu çatan bir yetimə,
yaxud (aclıqdan) yerə sərilmiş miskinə!
Sonra isə iman gətirənlərdən, bir-birinə səbir tövsiyə edənlərdən və mərhəmət tövsiyə edənlərdən olmaqdır.
Onlar sağ tərəf sahibləridir.
Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir.
Onları hər tərəfdən qapalı Cəhənnəm gözləyir.