عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Sun [Ash-Shams] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The Sun [Ash-Shams] Ayah 15 Location Maccah Number 91

And olsun günəşə və onun saçdığı şəfəqə!

And olsun (günəşi) parlaq edən gündüzə!

And olsun (günəşi) örtüb-bürüyən gecəyə!

And olsun göyə və onu bina edənə! (Yaxud: And olsun göyə və onun yaradılışına).

And olsun yerə və onu döşəyənə!

And olsun nəfsə və ona (gözəl) biçim verənə,

ona (nəfsə) günahlarını və (Allahdan) qorxmasını təlqin edənə!

Nəfsini (günahdan) təmizləyən nicat tapmışdır.

Onu (günaha) batıran isə ziyana uğramışdır.

Səmud (qövmü) öz azğınlığı üzündən (Allahın elçisi Salehi) inkar etdi.

Onların ən bədbəxti (dəvəni kəsməyə) qalxdığı zaman

Allahın elçisi (Saleh) onlara: “Allahın (bu) dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!”– dedi.

Onlar isə onu (Salehi) yalançı sayıb, dəvəni kəsdilər. Rəbbi də bu günahlarına görə onların hamısını məhv edib yerlə yeksan etdi.