عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The night [Al-Lail] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The night [Al-Lail] Ayah 21 Location Maccah Number 92

And olsun (yer üzünü zülmətə) bürüməkdə olan gecəyə!

And olsun (günəşin çıxması ilə) işıqlanmaqda olan gündüzə!

And olsun kişini və qadını (erkəyi və dişini) yaradana!

(Ey insanlar!) Sizin səyləriniz müxtəlifdir!

Kim (malını Allah yolunda) verər və (Allahdan) qorxarsa,

və ən gözəl olanı (Lə iləhə illəllah kəlməsini) təsdiq edərsə,

Biz onu ən asan olana (saleh əmələ) müyəssər edəcəyik.

Kim də (malını Allah yolunda xərcləməyə) xəsislik edib, (Rəbbinə) ehtiyacı olmadığını güman etsə

və ən gözəl olanı (Lə iləhə illəllah kəlməsini) yalan hesab edərsə,

Biz onu ən çətin olana (şər əmələ) müyəssər edəcəyik.

(Cəhənnəmə) düşdükdə var-dövləti ona fayda verməyəcək.

Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir.

(Ey insanlar!) Mən sizi alov saçan bir odla qorxutdum.

Ona ancaq ən bədbəxt kimsə (kafir) daxil olar.

O kimsə ki, (haqqı) yalan sayar və (ondan) üz döndərər.

Allahdan ən çox qorxan isə (o Oddan) uzaqlaşdırılacaqdır.

O kimsə ki, malını (Allah yolunda) verir, (günahlardan) təmizlənir.

Onun boynunda başqa bir kimsəyə əvəz veriləcək heç bir minnət yoxdur.

(O bunu) ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən (ixlasla) edər.