The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesThe Fig [At-Tin] - Azerbaijani translation - Ali Khan Mosaiv
Surah The Fig [At-Tin] Ayah 8 Location Maccah Number 95
And olsun əncirə və zeytuna!
And olsun Sina dağına!
And olsun bu əmin-aman şəhərə (Məkkəyə)!
Biz insanı ən gözəl biçimdə yaratdıq!
Sonra isə onu aşağı qatların ən aşağısına qaytardıq.
Yalnız iman gətirib saleh əməllər edənlər müstəsnadır! Onlar üçün tükənməz mükafat vardır.
(Ey insan!) bundan sonra səni dini (haqq-hesab gününü) yalan saymağa məcbur edən nədir?
Məgər Allah hakimlərin hakimi deyilmi?