The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesThe Clot [Al-Alaq] - Azerbaijani translation - Ali Khan Mosaiv
Surah The Clot [Al-Alaq] Ayah 19 Location Maccah Number 96
(Ey Peyğəmbər!) Yaradan Rəbbinin adı ilə oxu!
O, insanı qan laxtasından yaratdı.
Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir.
O, qələmlə (yazmağı) öyrətdi.
İnsana bilmədiklərini öyrətdi.
Xeyr! İnsan, doğrudan da, həddini aşır –
özünün ehtiyacsız olduğunu gördükdə.
Şübhəsiz dönüş ancaq Rəbbinədir.
Mane olan kimsəni (Əbu Cəhli) gördünmü?
Bir bəndəyə (Muhammədə) namaz qıldığı zaman?
Söylə görək, əgər o (bəndə) doğru yoldadırsa,
yaxud təqvanı əmr edirsə?
Söylə görək, əgər o (kafir haqqı) yalan sayıb üz döndəribsə?
Məgər o, Allahın (onu) gördüyünü bilmirmi?!
Xeyr! Əgər (o pis əməlinə) son qoymasa, Biz onun kəkilindən tutub (Cəhənnəmə) sürükləyəcəyik –
yalançı, günahkar kəkilindən.
Qoy öz tərəfdarlarını (köməyə) çağırsın.
Biz də zəbaniləri (əzab mələklərini) çağıracağıq.
Xeyr, sən ona tabe olma! Səcdə et və (Allaha) yaxınlaş!