Main pages

Surah Quraish [Quraish] in Azerbaijani

Surah Quraish [Quraish] Ayah 4 Location Maccah Number 106

لِإِيلَٰفِ قُرَيْشٍ ﴿١﴾

Qureyşin birliyi xatirinə,

Məmmədəliyev & Bünyadov

(Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması) xatirinə,

إِۦلَٰفِهِمْ رِحْلَةَ ٱلشِّتَآءِ وَٱلصَّيْفِ ﴿٢﴾

onların qış və yay səfərlərindəki birliyi xatirinə

Məmmədəliyev & Bünyadov

Onlara qış və yay səfərini müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət və ticarət edə bilmələri) xatirinə.

فَلْيَعْبُدُوا۟ رَبَّ هَٰذَا ٱلْبَيْتِ ﴿٣﴾

qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər.

Məmmədəliyev & Bünyadov

Bu evin Rəbbinə (Kə’bənin sahibi Allaha) ibadət etsinlər!

ٱلَّذِىٓ أَطْعَمَهُم مِّن جُوعٍۢ وَءَامَنَهُم مِّنْ خَوْفٍۭ ﴿٤﴾

Allah onlara aclıqdan sonra yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi.

Məmmədəliyev & Bünyadov

O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi.